Mayın 28-də yeni açılmış Crescent Mall-da "Əli və Nino" mağazalar şəbəkəsi 12-ci mağazasını açdı. Mağaza Azərbaycanın ən böyük ərazili, dəniz mənzərəli kitab mağazasıdır. 

Mağazanın açılış mərasimində bir sıra dövlət rəsmiləri, yazıçı və şairlər, görkəmli ictimaiyyət nümayəndələri iştirak etdilər.

Açılış mərasimini giriş nitqi ilə açan Qanun Nəşriyyatının qurucusu, naşir Şahbaz Xuduoğlu "Əli və Nino" mağazasının keçdiyi inkişaf yolu haqqında danışıb, yeni mağaza münasibəti ilə bütün kitabçıları və oxucuları təbrik edib. Bundan sonra çıxış edən xalq şairiVətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı "Əli və Nino" kitab mağazasının ölkədəki uğurlu fəaliyyətindən, cəmiyyətdə kitaba marağın və mütaliənin inkişafı yolunda səmərəli işlərindən söz açdı. 

Daha sonra açılış sözü ilə Mədəniyyət Nazirliyinin sözçüsü, Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli, Millət vəkili Etibar Əliyev, yazıçı, jurnalist, Əməkdar Mədəniyyət işçisi,  Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının sədri, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid, Təhsil İnkişaf Fondunun sədri Elnur Nəsibov, görkəmli və sevilən detektiv ustadı Elxan Elatlı çıxış etdilər.

Çıxışlarda "Əli və Nino" kitab şəbəkəsinin ölkədə kitab sahəsinin inkişafına verdiyi təkanlar və uğurlu fəaliyyəti haqqında danışılıb, mağazanın gələcək fəaliyyətində uğur arzulanıb. 

a9da55df-bf54-4dca-a295-3acc31c690b6.jfif cab3fda3-6ecc-49bb-9830-44db3726c6ac.jfif a2432cef-8157-4555-9a44-92f355e7c69a.jfif

 

ad67e632-5328-4c4d-93fc-b64b4531907b.jfif d8c313d9-7ce8-407e-95d0-c0d09866fc40.jfif d7859864-68fd-4fd2-bb3c-f8015d5112da.jfif