Mayın 28-də böyük açılış mərasimi ilə oxucularını sevindirən "Əli və Nino" mağazalar şəbəkəsinin açılışında ölkənin tanınmış simaları qonaq oldular.

Gün boyu mağaza daxilində Qurban Səidin məşhur "Əli və Nino" əsərinin personajları Əli xan Şirvanşir və Nino Kipiani obrazları qonaqları salamlayır, mağaza ilə tanış edir və fotolar çəkdirdilər. Mağazaya baş çəkən məşhurlardan bir çoxu sevilən obrazlar Əli və Nino ilə, həmçiin, şəbəkənin rəhbəri Nigar Köçərli ilə şəkil çəkdirdilər. 

"Əli və Nino" Crescent Mall mağazasının açılışında məşhur qonaqlar sırasında televiziya aparıcısı, xeyriyyəçi və ictimai xadim Hacı Nuran, tanınmış jurnalist Vyaçeslav Sapunov, model Natella Kərimova, yazıçı, qrafik dizayner, rəssam Rəsul Həsən, tanınmış aktrisa Şükufə Yusupova, sevilən gənc yazarlar Aytən Cavanşir və Mürşüd Mehdi, İlkin Rüstəmzadə də yer aldı.

 

IMG_2378.jpeg IMG_0181.jpeg  IMG_2697.jpeg

 

IMG_2383.jpeg  IMG_2698.jpeg  IMG_2685.jpeg

 

IMG_2576.jpeg  IMG_2770.jpeg IMG_2617.jpeg