Əli və Nino-da Braziliya Axşamı: Səfiri Cənab Manuel Monteneqronun iştirakı ilə
📍 19 may tarixində, saat 19:00-da Crescent Mall’dakı Əli və Nino kitab mağazasında xüsusi bir ədəbi axşam baş tutdu. Braziliya səfirliyinin təşkilatçılığı və dəstəyi ilə reallaşan tədbir məşhur braziliyalı yazıçı Klaris Lispektorun “Ulduz Saatı” kitabının Azərbaycan oxucusuna təqdim olunmasına həsr olunmuşdu.
Tədbirdə Braziliyanın Azərbaycandakı səfiri Cənab Manuel Monteneqro da iştirak etdi.
✨ Axşam boyu iştirakçılar yalnız ədəbiyyatla deyil, eyni zamanda Braziliya mədəniyyəti və mətbəxi ilə də yaxından tanış olmaq imkanı qazandılar. Qonaqlara Braziliyaya məxsus şirniyyatlar və içkilər təqdim olundu, səfirlik əməkdaşları tərəfindən ölkənin ədəbi irsi və Klaris Lispektorun yaradıcılığı haqqında maraqlı məlumatlar paylaşıldı.
📚 Tədbirdə kitabın Azərbaycan dilində nəşri barədə Qanun Nəşriyyatının təsisçisi, naşir Şahbaz Xuduoğlu ətraflı məlumat verdi. “Ulduz Saatı” Klaris Lispektorun fəlsəfi dərinliyi və özünəməxsus üslubu ilə seçilən əsərlərindən biridir və artıq yerli oxucular bu nadir ədəbiyyat nümunəsi ilə öz ana dillərində tanış ola biləcəklər.
📸 Tədbirdən fotolar və qonaqların təəssüratları sizinlə paylaşırıq: