Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

“Əli və Nino” da Pərinuş Sənii ilə görüş və imza saatı keçiriləcək.

İran ədəbiyyatının tanınmış nümayəndələrindən olan Pərinuş Sənii oktyabrın 26-da Bakıda oxucularla görüşəcək. Görüş “Əli və Nino” kitab mağazalar şəbəkəsinin Crescent Mall filialında baş tutacaq.

Tədbir zamanı iştirakçılar yazıçı ilə bir araya gəlmək, onun yaradıcılığı haqqında söhbət etmək və kitablarını imzalatmaq imkanı əldə edəcəklər.

Pərinuş Sənii xüsusilə qadınların cəmiyyətdəki mövqeyini, ailə münasibətlərini və insan talelərini əks etdirən əsərləri ilə tanınır. Onun oxucular tərəfindən maraqla qarşılanan kitabları arasında “Mənim payım” romanı da yer alır.

📅 Tarix: 26 oktyabr
🕖 Saat: 19:00
📍 Məkan: “Əli və Nino” kitab mağazası, Crescent Mall, 4-cü mərtəbə

Bütün kitabsevərlər görüşə dəvətlidir!

Məqalədə qeyd olunan məhsullar
9.34 AZN 10.99 AZN
Mənim payım
ədəd
11.89 AZN 13.99 AZN
Моя доля
ədəd