Artıq ənənə halını almış və Azərbaycanda hər il keçirilən  Bakı Beynəlxalq Kitab Sərgisi 9-cu dəfə öz qapılarını yerli və xarici nəşriyyatların, həmçinin qonaqların üzünə açır. 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan Sərgi Bakının mötəbər salonlarından birində - Bakı Ekspo Mərkəzində, 11-15 Noyabr, 2023 tarixlərində keçirilir. 

b3d15ba4-3eff-4b01-a182-0e19efd0aca4.jfif

"ƏIi və Nino" 9-cu Bakı Beynəlxalq Kitab sərgisində yüzlərlə yeni məhsullar və endirimlərlə öz sevənlərini qarşılayır!

Azərbaycan, Türk, Rus , İgilis dillərində uşaq və böyüklər üçün kitablar, manga və komikslər, pazllar, Harry Potter fanatları üçün bütün aksessuarlar və digər minlərlə yeni məhsulu endirimli qiymətlə "Əli və Nino" mağazalar şəbəkəsinin stendində tapmaq mümkündür. 

Onu da qeyd edək ki, sərgi hər gün saat 10:00-dan 20:00-dək açıqdır.

Sərgiyə giriş ödənişsizdir.