Kitabsevərlər üçün əlamətdar bir fürsət yaxınlaşır. 31 yanvar – 8 fevral tarixlərində Əli və Nino kitab mağazalar şəbəkəsinin Koroğlu filialında xüsusi endirim aksiyası keçiriləcək. Aksiya müddətində mağazada təqdim olunan bütün məhsullara 20%-dən 90%-dək endirimlər tətbiq olunacaq.
Bu günlər ərzində müxtəlif janrlarda bədii ədəbiyyat, dünya klassikləri, müasir müəlliflərin əsərləri, uşaqlar və yeniyetmələr üçün kitablar, eləcə də dəftərxana və hədiyyəlik məhsullar oxuculara olduqca sərfəli qiymətlərlə təklif ediləcək. Endirim aksiyası həm şəxsi kitab kolleksiyasını zənginləşdirmək, həm də yaxınlarına mənalı hədiyyələr seçmək üçün ideal fürsət yaradır.
Aksiyada kitablarla yanaşı, ailəvi əyləncə üçün stolüstü oyunlar və uşaqlar üçün maraqlı, inkişafetdirici oyuncaqlar da sərfəli qiymətlərlə təqdim ediləcək. Bu aksiya həm özünüz, də övladlarınız üçün keyfiyyətli məhsullar əldə etmək baxımından ideal fürsətdir.
Əli və Nino Koroğlu filialı bu aksiya çərçivəsində oxucularını zəngin məhsul çeşidi, rahat alış-veriş mühiti və cəlbedici qiymətlərlə qarşılayacaq. 31 yanvar – 8 fevral tarixlərini qaçırmayın və hər şeyə 20–90% endirim fürsətindən yararlanın!