2005-ci ildən Azərbaycanda aktiv fəaliyyətə başlayan "Əli və Nino" Kitab Mağazaları Şəbəkəsi özünün səkkizinci və ən böyük mağazasını Sumqayıt şəhərində açdı.

Sumqayıtda yaşayan alıcıların artıq əziyyət və vaxt sərf edərək Bakı şəhərinə gəlib burada yerləşən "Əli və Nino" mağazalarına baş çəkmək zəhmətinə son qoyuldu!

Azərbaycanın ən böyük kitab mağazası sayılan, 300 kv.metr əraziyə sahib olan bu mağazada həm uşaqlar, həm də böyüklər üçün Azərbaycan, Türk, Rus, İngilis dillərində minlərlə bədii və elmi kitab, oyun və oyuncaq, geniş çeşiddə məktəb ləvazimatı, Lego konstruktorları, uşaq və böyüklər üçün pazllar, müxtəlif yaradıcı dəstlər, həmçinin elektronika malları satışa təqdim olunur. 

Mağazada  uşaqların əyləncəsi və səmərəli vaxt keçirməsi üçün nəzərdə tutulmuş xüsusi guşə də yaradılmışdır. 

    

 

Bundan əlavə, "Əli və Nino" Kitab Mağazaları Şəbəkəsinin Sumqayıt filialında Alinino.az saytının "Özün götür" xidməti də fəaliyyət göstərir. Sumqayıtda yaşayan alıcılar artıq Alinino.az saytından sifaroş rəsmiləşdirərkən "Özün götür" xidməti vasitəsilə Sumqayıt filialını seçərək sifarişlərini həmin mağazamızdan götürə biləcəklər. 

 

Mağaza həftənin hər günü saat 09:00 - 21:00 aralığında xidmətinizdə olacaq.

 

Ünvan:

Sumqayıt şəhəri, Sülh küç. 18

Baxça Şəhər.
AZ5004
Tel: (+99470) 827 87 34