17 avqustda "Əli və Nino"nun Crescent Mall filialında İradə Qədirova ilə görüş keçirildi. Görüş zamanı İradə xanım öz sevənləri ilə birgə kitabları barəsində söhbətlər etdi, həmçinin sevənlərini maraqlandıran suallara cavab verdi, kitablarını gözəl sözlər və öz imzası ilə xüsusilləşdirdi.
İradə Qədirova kimdir ?
Tarixçi, səyyah, fotoqraf kimi tanınan incə ruhlu xanım-səyyah Bakı şəhərində doğulmuşdur. Həmçinin o illərdir Səyahət Blogeri kimi də tanınır. Müsahibələrində səyahət etməyi sevən insanlara məsləhətlər verib onlara yardımçı olur.
İradə Qədirova ixtisasca tarixçidir. Səfərləri zamanı getdiyi ölkələrin tarixini, mədəniyyətini, yaşam tərsiniz ətraflı araşdıraraq təqdim edir.
İradə Qədirovanın kitabları
İradə Qədirovanın ilk yazıçılıq qabiliyyətini özündə əks etdiren sehrli kitabi "Əfşan: İran boyunca uzanan tək səyahətim" kitabı olmuşdur. “Təbriz” deyib onu görmək istəyən, lakin görə bilməyən atasına həsr etdiyi bu kitabda İradə xanım oxuculara “ Dünyada iki İran var – biri dünyaya tanıdılan, biri də gerçəkdə olan İran. Özümə səfər və ilk tək səyahətim gerçəkdə olan İrana oldu, kilometrlərə uzanan möhtəşəm yollara yayıldı. Bu səbəbdən “bir gün qızım olarsa, adını Əfşan qoyacam” arzumu kilometrlərə səpələnərək məni özümə, tariximizə, mədəniyyətimizə səfər etdirən səfərimin xatirələri ilə gerçəkləşdirirəm” fikrini çatdırmağa can atıb.
İkinci kitabı isə "Eşqin izi ilə-Səfərnamə"-dir. Bu səfərnamə ölkələrin, şəhərlərin hekayələri ilə bərabər, həm də insanların hekayəsidir. Hekayəçiniz isə gözləri sadəcə zahirə deyil, əngin- liklərə baxan, "gözəl görməyin savabı"nı dərk edib hər şeydə bir gözəllik axtaran, eşqin izinə düşüb diyar-diyar dolaşan səyyah-fotograf İradə Qədirovadır. Kitabda müəllif oxucunu Yol qədər yoldaşın da önəmli olduğunu vurğulayan səyyah dünyamızı şəhər-şəhər gəzərək bizi bir-birindən maraqlı talelərlə, ölkələrin və insanların hekayələri ilə tanış edir. Bu ölkələri, şəhərləri, insanları tanıdıqca anlayırıq ki, insan öz həyat hekayəsinin müəllifi olmalıdır və bu hekayəni elə yazmalıdır ki, orada sevgi baş qəhrəman olsun...
Tədbirdən fotolar: