Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

"Kitab bələdçisi" ilə tanış olmadan Milli Kitab sərgisinə baş çəkməyin

"Dünyada ən çox satılan kitab Çarlz Dikensin “İki şəhərin hekayəti”dir. Kiatbın 200 milyon nüsxədən çox satışı olub.”

V Milli Kitab Sərgisinin pulsuz paylanılan “KITAB BƏLƏDÇİSİ” o qədər maraqlıdır ki, hələ aldığım kitablara gəlib çatmamışam. Mən də, elə bildim sərgini gəzmişəm. Sən demə, nə qədər maraqlı kitablar var hələ. Tövsiyyə edirəm, əvvəl kitab bələdçisini vərəqləyib sonra sərgini gəzməyə başlayasınız.

“Azərbaycan türkcəsi hələ özünün əxlaqi, didaktik missiyasından imtina etməyib. Bizim dil hələ də müstəmləkə tərbiyəsinin, tərbiyəçsininin dilidir.Funksionallığı ailəcanlılığındadır. Zahiri azadlığının olmamasının başlıca səbəbi daxili azadlığının olmamasıdır”.

(Aqşin Yenisey)

 

“Xəyallarını gerçəkləşdirmək istəyərkən min bir əngəllə qarşılaşan gənc insanlarımızın ümumiləşdirilmiş obrazını yaratmağa cəhd etmişəm. İstəsəniz bu kitaba nəsilbənəsil susdurulan azərbaycanlı gəncin hekayəsi də deyə bilərsiniz...”

(Rasim Qaraca)

 

“Gürcüstanda bir dəyirman qurumuşdu, kababxana eləmişdilər. Obrazlı desək, daş yox, cəmiyyət fırlanmağa başlamışdı. Bizim kənddə də iki dəyirman vardı. Bu dəyirman daha tez qurumuşdu.”

(Mövlud Süleymanlı)

 

“M.Ə.Rəsulzadənin İranla bağlı ilk nəşr edilən məqaləsi “İranda Hürriyət” idi. Rəsulzadə bu yazısında İran və burada yaşayanlar haqqında “Bu millət öldü, dəxi dirilməz” deyənlərə etiraz edərək, bu fikrin yanlış olduğunu göstərir.”

(Nəsiman Yaqublu)

 

“Geniş yayılmış düşüncəyə görə, ədəbiyyatsız da keçinmək olar; ədəbiyyatın həsasslığımızı, mədəniyyətimizi artıran müqəddəs və faydalı bir fəaliyyət olması mübahisə doğurmur, amma, bu, yalnız boş vaxtı olanların gözə aldığı əyləncə, süslənib-püslənəcəyi bəzəkdir.”

(Mario Vardas Lyosa)