Həm dövlətimiz, həm də xalqımız üçün qadın sahibkarların fəaliyyəti, onların daima uğurla irəlidə olması olduqca vacibdir. Bunun üçün hər birimiz əlimizdən gələni etməliyik.
 
Artıq bir ilə yaxındır ki, qadın sahibkarlara dəstək məqsədilə Alinino.az online mağazasında QADIN SAHİBKAR adlı xüsusi onlayn satış platforması yaradılmışdır. Bu platformada iştirak edən qadın sahibkarların brendlərinə məxsus məhsulların satışa təqdim olunması və sifarişin ünvana çatdırılması xidməti tamamilə ödənişsizdir, çatdırılma bizim tərəfimizdən həyata keçirilir. Biz Alinino.az olaraq məhsulların satışından, çatdırılma xidmətindən, marketinq və reklam xidmətindən heç bir ödəniş əldə etmirik. Sevindiricidir ki, bu gün bu platformada yer alan qadın sahibkarların sayı artıq 30-u ötüb. Onların sırasında əl işi çantalar hazırlayan, zərgərlik məmulatları dizayn edən, sabundan əl işləri yaradan, corab toxuyan, əlfəcinlər hazırlayan, hətta rəqs dərsləri verən xanımlar var.
 
(Sayımızın daha da artacağına inanırıq💪🏼. Qoşulmaq istəyənlər lütfən info@alinino.az e-mail ünvanımıza müraciət etsin )
İndi QADIN SAHİBKARLARA dəstək məqsədilə daha bir addıma başlayırıq. 
Qadın sahibkarların brendləri və məhsulları ilə yanaşı, onların özlərini, fəaliyyətlərini və uğur hekayələrini də xalqımızla paylaşmaq, onları xalqa daha yaxından tanıtmaq məqsədilə "Əli və Nino"ya məxsus sosial şəbəkə hesablarında hər xanım üçün ayrıca paylaşım edəcəyik.
Güc birlikdədir!