Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

Stiven Kinq yazı yaradıcılığının gələcəyi barədə danışdı: bir az dincəlmək istəyirəm


Əfsanəvi qorxu yazıçısı Stiven Kinq karyerasının gələcəyi ilə bağlı açıqlamalar verib. 78 yaşlı yazıçı iki yeni roman üzərində işlədiyini, lakin bundan sonra bir müddət fasilə verməyi düşündüyünü bildirib.

Kinq USA Today-ə verdiyi müsahibədə belə deyib: “Masamı mümkün qədər boşaltmağa çalışıram. Mənim yaşımda olan biri üçün artıq zəmanət yoxdur. Heç nəyi zəmanət altına almaq mümkün deyil.”
Bu il Kinqin əsərlərindən bir çox ekranlaşdırma tamaşaçılara təqdim olunub. “The Monkey”, “The Life of Chuck” və “The Long Walk” filmlərindən sonra noyabr ayında “The Running Man” nümayiş etdiriləcək. Keçən ilin iyulunda yayımlanan “The Institute” serialını isə oktyabrın sonunda tamaşaçılarla görüşəcək “It: Welcome to Derry” izləyəcək. Kinq bu il həmçinin məşhur detektiv obrazı Holli Gibni-nin yer aldığı “Never Flinch” romanını da nəşr edib.

Stiven Kinq Holli Gibni üçün yeni bir kitab yazır

Yazıçı Holli Gibni obrazını mərkəzə alan son bir roman da yazmaq istədiyini bildirib. “Hollini çox sevirəm,” – deyə Kinq söyləyib. Hazırda “Yad*” (“The Outsider”) romanını yenidən oxuyuram, çünki bu son Holli kitabı üçün ağlımda bir fikir var və bir az təzələnməyə ehtiyacım var.”

Oxucular Holli Gibni ilə ilk dəfə 2014-cü ildə nəşr olunan “Cənab Mercedes” (“Mr. Mercedes“) romanında tanış olublar. Bu obraz daha sonra “Tapansa Onundur” (“Finders Keepers”, 2015), “Son Növbə” (“End of Watch”, 2016), “Yad” (“The Outsider”, 2018), “Qan Varsa” (“If It Bleeds”, 2020), 2023-cü ildə nəşr olunan “Holli” və nəhayət 2025-ci ildə işıq üzü görən “Never Flinch” romanlarında da yer alıb.

Obraz ekranda isə “Mr. Mercedes” (2017–2019) serialında Castin Lup və “The Outsider” (2020) ekranlaşdırmasında Sinthiya Erivo tərəfindən canlandırılıb.

Piter Straub ilə başlayan Tilsim seriyası davam edəcək

Kinq həmçinin 1984-cü ildə nəşr olunan “Tilsim” (The Talisman) və 2001-ci ildə işıq üzü görən “Qara Ev” (Black House) romanları ilə başlayan seriyanın üçüncü kitabı üzərində işlədiyini bildirib. Yazıçı açıqlayıb ki, bu seriyanın dünyası “Qara Qüllə” (The Dark Tower) kainatı ilə əlaqəlidir və yeni kitabla birlikdə hər iki seriyanı tamamlamayı planlaşdırır.

Kinq əlavə edib ki, 2022-ci ildə vəfat edən yaxın dostu və həmkar yazıçısı Piter Straub hələ sağlığında üçüncü kitab üçün bəzi fikirlərini paylaşmışdı.

Kinq deyib: “Piter sağ ikən bunu həmişə təxirə saldım. Onun da işləri vardı. Amma həmişə deyirdik: ‘Bu dəfə edəcəyik,’ və zaman bitdi. Bu, məni həqiqətən üzür.”

Bir Az Dincəlmək İstəyirəm


Yazıçı sağlamlığı yaxşı olarkən bir az fasilə vermək istədiyini bildirib. 1974-cü ildən bəri demək olar ki, fasiləsiz yaradıcılıqla məşğul olan Stiven Kinq fikirlərini belə ifadə edib:

“75–76 yaşdan sonra heç nə zəmanətli deyil. Bir az diqqətli olmalısınız. Hər kəsin başına hər şey gələ bilər. Mən də ən məhsuldar zamanımda avtomobil qəzasına uğramışdım. Bəlkə 10–15 ilim daha var, amma buna güvənmək olmaz.”

Yazı Vərdişi və İlham Mənbəyi Üzrə


Kinqin məhsuldarlığı irəliləyən yaşına baxmayaraq diqqətəlayiq səviyyədədir. Oğlu Co Hill yeni romanı “King Sorrow” haqqında danışarkən atasından ilham aldığını və “Hər il bir kitab nəşr edən biri olmaq istəyirəm,” deyib.
Hill atasının məhsuldarlığını yumorla belə təsvir edib: “Atam (asqırır) və sonra mendili çıxarıb deyir: ‘Vay canına, burada bir roman varmış.’”
Kinq isə uğurunun sirrini belə izah edib: “Özümü əyləndirməyə çalışıram. Səhər saat altıya 15 dəqiqə qalmış heç kim oyanmadan oturub yazıram. Arvadım digər otaqda qəhvəsini içərkən mən üç-dörd saat boyunca öz xəyal aləmimdə oynayıram. Bu, həqiqətən gözəl bir hissdir.”

Təkrara Düşmədən Sürpriz Etmək İstəyirəm

Stiven Kinq həmçinin təqaüdə çıxmağa hazırlaşmadığını vurğulayıb. “Mən sıx bir insanam,” – deyən yazıçı sözlərinə belə davam edib: “Amma axmaqlaşmadan, özümü təkrarlamadan dayanmamaq istəyirəm. Hələ kəşf edəcəyim bir neçə sahənin olduğunu hiss edirəm, amma darıxdırıcı biri olmamağa diqqət etməliyəm. İnsanları hələ bir az da təəccübləndirmək istəyirəm.”