Yaxın günlərdə start götürən yeni layihənin - "Təkərli Kitab Dükanı"nın təqdimatı baş tutub.

Qeyd edək ki, yeni layihənin təşəbbüskarı və icraçıları "Əli və Nino" mağazalar şəbəkəsinin qurucusu Nigar Köçərli və Qanun Nəşriyyatının rəhbəri Şahbaz Xuduoğludur.

Layihənin təsis edilməsində əsas məqsəd kitabı əlçatmaz olan bütün ünvanlara çatdırmaq, Azərbaycanın ən ucqar bölgələrini belə qarış-qarış gəzərək kitab sevgisini və mütaliə mədəniyyətini təbliğ etmək, xüsusilə uşaqlarda kitab sevgisinə təkan verməkdir. 

11 Noyabr, 2023 tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində "Təkərli Kitab Dükanı"nın təqdimatı keçirilib. Təqdimatda Cənab nazir Adil Kərimli də iştirak edib, yeni layihəyə fəaliyyətində uğurlar arzulayıb. 

Qeyd edək ki, Sərginin davam etdiyi 11-15 Noyabr tarixlərində "Təkərli Kitab Dükanı" Bakı Ekspo Mərkəzinin qarşısında səhər 10:00-dan axşam 20:00-dək kitabsevərlərə açıq olacaq.