Xoş xəbər!

VI Milli Kitab Sərgisi Sumqayıtda baş tutacaq. 9-12 May günlərində sumqayıtlı kitabsevərləri əsl bayram gözləyir. 

-Əyləncəli çıxışlar

-Yazarların imza günləri

-Kitab oxu saatları

-Endirimli kitablar

Sərgidə Azərbaycan, türk, rus və ingilis dillərində minlərlə endirimli kitab oxuculara təqdim olunacaq.

Qeyd edək ki, Milli Kitab Sərgisi hər il oxucuların görüşünə bir-birindən maraqlı, yaddaqalan kitab bayramları ilə gəlir.

Bu dəfəki sərgi Sumqayıt şəhərində - Ə.Kərim adına Poeziya klubunda (H.Əliyev parkı) baş tutacaq.

VI Milli Kitab Sərgisinə giriş pulsuzdur, qeydiyyat tələb olunmur