Uşaq bezləri hazırda dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da olduqca populyardır. Artıq Azəırbaycanda, həm Bakıda, həm də bütün rayonlarda uşaq bezləri geniş miqyasda istifadə olunur. 

Bəs Azərbaycanda sərfəli qiymətlə keyfiyyətli uşaq bezlərini haradan almaq olar?

Alinino.az saytı öz müştərilərinə dünyanın ən tanınmış markalarından Pampers, Huggies, Predo və digər brendlərin uşaq bezlərini endirimli qiymətlə təklif edir. Alinino.az saytı Azərbaycanda, bakıda və bütün bölgələrdə operativ çatdırılma xidmətini həyata keçirir.

Sərfəli qiymətlə uşaq bezini Alinino.az saytından sifariş etdikdən cəmi 24 saat müddətində siz evinizdən çıxmadan sifarişinizi əldə edə bilirsiniz. 

 

 

Bəs uşaq bezlərini seçərkən nələrə diqqət yetirməliyik?

Hamiləlik dönəmindən keçən və yeni  körpə dünyaya gətirmiş bütün qadınların əsas qayğı və narahatlıqlarından biri də düzgün uşaq bezinin seçilməsidir.

Ətrafdan daima eşidilən, müşahidə olunan mənzərəyə  əsasən düzgün seçilməyən uşaq bezləri körpənin dərisində aşınmaya, qızarıqlığa, qaşınmaya, hətta ən pis halda,  müxtəlif dəri xəstəliklərinin yaranmasına belə gətirib çıxara bilir. Bu səbəbdən təzə ana olmuş xanımlar və uşaq sahibi atalar uşaq bezi seçərkən ilk növbədə bezin körpəyə nə dərəcədə uyğun və faydalı olduğuna nəzər salmalıdırlar.

 

Uşaq bezləri hər körpənin inkişaf mərhələlərinə əsasən nömrələrə bölünür. Eyni zamanda, hər nömrəyə uyğun olan ay və körpənin çəkisi də bez bağlamasının üzərində  qeyd olunur.

Uşaq bezini seçərkən hər şeydən öncə, körpənizin çəkisinə diqqət etməlisiniz. Körpənin çəkisinə uyğun olmayan, kiçik, yaxud nisbətən böyük ölçüdə alınan uşaq bezi körpənizin narahatlığına səbəb olacaq.

Bez körpənin ölçüsündən kiçik olarsa, körpənin ayaqlarını sıxacaq, qızarıqlıq və narahatlıq yaradacaq. Diskomfort olan körpə yuxu rejimini pozacaq və uşaqda stress, gərginlik, ağlama halları müşahidə olunacaq.

Körpənin ölçü və çəkisindən böyük uşaq bezinin seçilməsi də heç  məsləhətli deyil. Çünki, bu zaman körpənin ayaqları arasında yığışan uşaq bezi körpənin aktiv hərəkətini əngəlləyəcək, həmçinin, bezdən kənarlara sızıntıların yaranmasına səbəb olacaq.

Bəzən valideynlər yanlışlıqla uşaq bezlərini körpənin çəkisinə görə yox, məhz ayına və yaşına görə seçirlər. Bu, düzgün deyil.

Hər uşaq fərqli aydafərqli çəkiyə sahib olduğundan məhz aya əsasən uşaq bezi  seçimi doğru olmazdı. Çünki, məsələn, sizin 2 aylıq körpəniz digər iki aylıq körpələrlə eyni çəkidə olmaya bilər. Bu səbəbdən, ən uyğun olanı uşaq bezlərini seçərkən körpənin çəkisini nəzərə alaraq seçməkdir.  Məsələn; Körpənin kilosu 6 isə və bezi poketinin də 3-6 kq arasındakı uşaqlar üçün uyğun olduğu göstərilmişsə, bir üst böyük körpə bezinə üstünlük verilməlidir. Əks halda uşaq bezinin içərisində olan rezinlər, körpənizin rahat hərəkət etməsini əngəlləyib narahatlıq hissi doğura bilər.

Uşaq bezi seçərkən diqqət yetirilməli olan ikinci və əsas amillərdən biri də bezin əmicilik qabiliyyətinin yüksək olmasıdır. Eyni zamanda, uşaq bezinin səth hissənin pambıqlılıq səviyyəsinin  yüksək olması da vacib əhəmiyyətə sahibdir. Səthi daha az pambıq materialdan hazırlanmış uşaq bezləri körpənin dərisi ilə uzun müddət  təmas edərsə, körpədə narahatlıq və qızartı, pişməcə hallarının yaranmasına səbəb ola bilər.

 

Uşaq bezlərinin seçimi ilə yanaşı, uşaq üçün nəm salfetlərin də seçimində diqqətli olmaq lazımdır. Körpələr üçün nəm salfetlərin tərkibi spirtsiz və təhlükəli kimyəvi qatqılarsız olmalıdır.

 

 

Uşaq bezlərini necə istifadə etməli?

Körpə dərisi ən həssas cild olduğundan onu ən kiçik mikroblardan, zərərli bakteriyalardan müdafiə etmək mütləqdir. Bu baxımdan körpənin dərisi ilə bilavasitə təmas edən hər şeyin – geyimlər, uşaq bezi, nəm və quru dəsmallar və s. – təmizliyindən 100% əmin olmaq mütləqdir.

Uşaq geyimləri kimi uşaq bezlərinin də saxlanmasında təmizliyə və gigiyenik qaydalara mütləq şəkildə əməl etmək lazımdır.

Uşaq bezləri satışa təqdim olunarkən müəyyən bağlamalar şəklində verilir. Əgər bezləri saxlamaq üçün ayrıca yeriniz yoxdursa, yaxşı olardı ki, bezlər elə bu bağlamaların içində saxlanılsın. Beləcə, siz uşağınızın bezlərini tozdan, kənar mikroblardan və zərərli bakteriyalardan müdafiə edə bilərsiniz.

Uşaq bezləri bir dəfəlik istifadə üçün nəzərdə tutulduğundan onları açılmış formada saxlamaq düzgün deyil. Bağlamasından çıxarılıb açılmış bezi dərhal istifadə etmək daha məqsədəuyğundur.

 

 

Uşaq bezlərinin istifadə qaydası necədir?

Bəzi uşaq bezi markaları uşaq bezlərini qızlar və oğlanlar üçün ayrıca istehsal edirlər. Bu bezlər ön və arxa hissədən əmicilik qabiliyyətinin fərqli olması baxımından ayrılır.

Uşaq bezləri quruluşu baxımından iki fərqli formada olur – kənarları bağlamalı və tuman bezlər.

Tuman bezlərin istifadəsi nisbətən daha rahatdır, körpənin əyninə adi tuman kimi geyindirlilir. Kənarlarında olan bərk rezinlər sayəsində tuman bez körpənin əyninə möhkəm yapışır və sızıntının olmasını əngəlləyir.

 

Kənarları bağlamalı olan uşaq bezlərinin istifadə qaydası isə aşağıdakı kimidir:

  1. Qatlı formada olan uşaq bezini açırıq. Qeyd edək ki, bezin yapışqanlı olan bağlama hissələri (qulpları) bezin arxada qalan tərəfində olmalıdır.
  2. Bezi uzanıqlı halda olan körpənin altına bağlama hissələri arxada qalmaq şərtilə yerləşdiririk. Bu zaman diqqət etmək lazımdır ki, bezin bud hissəsində olan sıx rezinlər körpənin qıçına düzgün və rahat formada yerləşdirilsin.
  3. Bezin ön hissəsindəki qatı körpənin qarın hissəsinədək örtürük. Yanlara doğru uzanan geniş, qoruyucu qol hissələri körpənin qarın nahiyəsində səliqə ilə, qat qalmamaq şərtilə yerləşdiririk.
  4. Arxada qalmış yapışqanlı bağlama hissələrinin hər iki tərəfini körpənin qarın nahiyəsinə gətirərək bezin səthinə yapışdırırıq.

 

Bezi bağlayarkən diqqət etmək lazımdır ki, nə sıx, nə də boş bağlansın. Əks halda, bez ya uşağı çox sıxıb narahat edəcək, ya da boş qalıb sızıntı yaranmasına səbəb olacaq.