Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

Yeni layihə başlayır - "Təkərli kitab dükanı"

"Əli və Nino" mağazalar şəbəkəsinin rəhbəri Nigar Köçərli və Qanun Nəşriyyatının sahibi Şahbaz Xuduoğu yeni layihəyə start verdiklərini açıqladılar. 

Bu layihə "Təkərli kitab dükanı" adlanır və layihənin yaradılmasında məqsəd kitabı daha da əlçatan etməkdir. Bu səyyar dükan bir maşından ibarət olacaq və Azərbaycanı qarış-qarış gəzərək ən ucqar kəndlərdə yaşayanlara həm sərfəli qiymətlə  kitablar təqdim edəcək, həm də məşhur yazıçıları, tanınmış mədəniyyət nümayəndələrini onların görüşünə aparacaq. 

Yeni layihə haqqında Nigar Köçərli yazır:


"Ucqar kəndlərdə yaşayanlar üçün kitablar demək olar ki, əlçatmazdır. Nə kitab dükanları var, nə də kitabxanalar.  

Məqsədimiz o kəndlər və oralarda yaşayanlar üçün  kitabı əlçatan etməkdir.
Yaşayış yeri insanın inkişafına əngəl olmalı deyil.  Ucqarlarda yaşadıqları üçün kitabı əldə edə bilmirlərsə, demək biz kitabla onlara doğru getməliyik.

O kəndləri  1-2 manatlıq kitabla təmin etməklə yanaşı, söz və sənət adamlarını, yazarları, şairləri özümüzlə aparıb, ulduzlu səma altında,  bir tonqal ətrafında maraqlı müzakirələr açmaqla kitabı insanlara daha çox sevdirəcəyik.

Bu məqsədlə kitabı təkərlər üstünə qaldırdıq, necə deyərlər, hərəkət üçün onlara can verdik. 

Hədəflərimiz böyükdür, Azərbaycan sərhədləri boyda – Şahbaz bəylə hər həftə bir ucqar kəndə gələcəyik".