Çayın tarixi

Qədim tarixə və olduqca faydalı əhəmiyyətə malik sevilən içki növü çay ilk dəfə Qədim Çində istifadə olunmuş və indiki halına çatanadək çeyli dəyişiklik yaşamışdır. Hazırda dünyada çayın üyüdülmüş, ləçəkli, soyuq çay və s. Kimi formaları olduqca geniş yayılmışdır. İlk dəfə olaraq məhz çinlilər çay bitkisinin yarpaqlarından hazırlanmış məhlulun orqanizm üçün olduqca faydalı təsirə malik olduğunu kəşf etmiş və bu bitkini  geniş şəkildə becərməyə başlamışlar.

Çayın tarixində diqqət çəkən hadisələrdən biri də ilk dəfə ABŞ-da, 1908-ci ildə bir dəfəlik istifadə üçün nəzərdə tutulmuş paket çayların istehsalı oldu. Bu, çayın bir içki olaraq miqyasının daha da genişlənməsinə və inkişafına xeyli təkan verdi. Hazırda çayın yaşıl, qara, ağ növləri, müxtəlif meyvələrlə, ətirləndirici bitkilər və müxtəlif güllərlə olan çeşidləri süfrələri bəzəyir.

 

Çayın becərilməsi

Bu bitkinin böyüməsi üçün, kifayət qədər rütubətli isti bir iqlim tələb olunur. Çay sahələrinin əksəriyyəti tropik və ya subtropik iqlimi olan ərazilərdəki dağ yamaclarında yerləşir. Çayın ən çox istehsal olunduğu Çin, Hindistan və Afrikada ildə dörd dəfəyə qədər çay yığımı həyata keçirilir. Ən çox ilk iki məhsulun çayları bəyənilir. 

Çay yarpaqları əl ilə toplanır və çeşidlənir. Əla növ çaylar üçün ya açmamış, ya təzə açan tumurcuqlar ya da ən gənc yarpaqlar istifadə olunur, daha "qaba" çaylar yetişmiş yarpaqlardan hazırlanır. Yığıcıların işi olduqca ağır və monotondur: hazır qara çay və xam yarpağın kütlə nisbəti təxminən 1/4 qədərdir, yəni 1 kiloqram çay almaq üçün 4 kiloqram yarpaq yığmaq lazımdır. 

 

Çayın növləri

Mənşəyinə görə çaylar müxtəlif qruplara ayrılır. Bəzilər haqda qısa məlumat:

Çin - dünya çay istehsalının dörddə birindən çoxuna sahibdir, yaşıl və qara çaylar istehsal edir, eyni zamanda ağ və sarı çayların, ulun və Puer çaylarının istehsal olunduğu yeganə ölkədir.

Hindistan - dünyanın ikinci ən böyük çay istehsalçısıdır. Hindistanda çay istehsalı ixrac yönümlüdür, istehsal həcmi öz istehlakını xeyli üstələyir. 

Seylon - İstehsalçı - Şri Lankadır, dünya istehsal həcmindəki payı təxminən 9-10% -dir. Qara və yaşıl çay istehsal olunur, çay bitkisinin yalnız Assam çeşidi becərilir. 

Yapon - Yaponiya yalnız çay kolunun Çin çeşidindən yığılan yaşıl çay istehsal edir. 

Afrika -  Afrika çayları yalnız qara, doğranmış və ya dənəvər, orta və aşağı keyfiyyətli, yaxşı ekstraktlılığı və kəskin dadı ilə seçilir. 

 

 

 

Müəllif: Lalə Rəhmanova