Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

Qəhvənin tarixi haqda nə bilirik?

Qəhvə - qovrulmuş və üyüdülmüş qəhvə dənəciklərindən hazırlanmış isti içki növüdür. Bu içki dünyanın bir çox ölkələrində kofe adı ilə məşhurdur və tərkibində olan kofein sayəsində stimullaşdırıcı təsirə malikdir.

İlk dəfə qəhvə Həbəşistanın cənub qərbində yerləşən Qaffa bölgəsində aşkar olunmuşdur. Sonralar qəhvə Mərkəzi Ərəbistana gətirilir, Yəmənin cənub qərb hissəsində becərilir. Bu günə kimi də Yəmən dünayada ən böyük qəhvə istehsalçısıdır.

Hazırda dünayda 50-dən çox ölkədə qəhvə bitkisi növləri becərilir.

Qəhvənin hazırlanmasının Həbəşistan üsulu ən qədim üsul sayılır. Dənəciklər qovrulduqdan sonra üyüdülür. Üyüdülmüş qəhvə tozu su və qəndlə birlikdə qaynadılır və Yabana adlanan maye hazırlanır. Onu kiçik piyalədə içirlər.

Yohan Volfqanq Höte qəhvə dənəciklərini distilə etmək ideyasını verir. Bu ideyanı həyata keçirən zaman kimyaçı Fridlib Runq kofeini aşkar edir.

Tezliklə qəhvə Fars və Osmanlı İmperiyasına yayılır.

 

 

1517-ci ildə Yavuz Sultan Səlimin dövründə türk əsilli Özdəmir paşa Yəməndə içdiyi və çox sevdiyi qəhvəni İstanbula gətirmişdir. Hazırda Türk qəhvəsi də dünyada olduqca mühüm yerlərdən birini tutur. Türk qəhvəsi Cezve adlanan xüsusi qabda bişirilir, xüsusi ilə nəzərdə tutulmuş kiçik ölçülü, çini fincanlarda süfrəyə təqdim olunur.

 

 

 

 

Qahirəyə qəhvə ilk dəfə 1532-ci ildə gətirilimişdir. Paralel olaraq qəhvə Suriya və Kiçik Asiyaya da yayılır. Qəhvənin tətbiqi 1538-ci ildə Yəmənin işğalından sonra daha güclənir. 1554-cü ildə Osmanlı imperiyasında gedən çəkişmələrdən sonra Konstantinopolda qəhvə evi açılır. Buna baxmayaraq qəhvənin ölkədə rəsmi içki kimi qəbul edilməsi tanzimatın 1839-cu ildə apardığı islahatlara qədər davam etmişdir.

1573-cü ildə Almaniyalı həkim Leonard Rauvolf Aleppoda bu içkinin dadına baxır və 1582-ci ildə onun haqqında yazır. Başqa mənbələrə görə 1592-ci ildə Prospero Alpino tərəfindən qəhvə İtaliyaya gətirilir və beləliklə bu içki Avropaya qədəm qoyur.

1645-ci ildə Venedihdə, 1650-ci ildə Oksfordda və 1652-ci ildə Londonda qəhvə evləri mövcud idi. Fransada ilk dəfə qəhvə evi 1659-cu ildə tikilir. Vyanada qəhvə evi 1683-cü ildə türklərə qarşı müharibədə ələ keçirilmiş 500 kisə qəhvə qənimətindən sonra açılmışdır. Bu evi türklərin əsiri olmuş polşalı Georg Kolşitçki təşkil etmişdir. Almaniyada qəhvə Fransadan gətirilir və ilk dəfə olaraq 1673-cü ildə Bremendə qəhvə evi təşkil olunur. Az keçməmiş bu bütün Almaniyanı bürüyür və XVII əsrin sonu böyük şəhərlərin əksəriyyətində qəhvə evləri fəaliyyət göstərirdi.

1899-cu ildə isveçrə kimyaçısı Maks Morqentaller qəhvə tozunu düzəldir. Həll olan qəhvə XX əsrin 40-cı illərindən başlayaraq geniş yayılır.

 

Hazırda dünyada kofe haqda yüzlərlə kitab yazılır, sənədli filmlər çəkilir, kofe istehsalçıları yüzlərlə fərqli çeşiddə kofe növlərini istehsal edərək satışa təqdim edirlər.

Son illərdə Azərbaycanda beynəlxalq brendlərin qəhvəxanaları açılandan sonra qəhvə xüsusən gənclər arasında dəbdə olan içkiyə çevrilib. Çoxları bir dəfə dəmlənmiş dənəvər qəhvənin dadına baxandan sonra onun həvəskarına çevrilir, bəziləri isə evdə də belə qəhvə içmək imkanı əldə etmək istəyirlər.

 

 

Hazırda Azərbaycanda, Bakıda da geniş çeşiddə kofe növləri satışa təqdim olunur.