Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

Yeni İli kim nece qeyd edir?

Dünyanın hər yerində bütün insanlar Yeni ili eyni ümidlərlə — xoş möcüzələr, yeni uğurlar, xoşbəxtlik arzusuyla gözləsələr də bayramı hərə öz adət-ənənəsinə uyğun qarşılayır. Müxtəlif ölkələrdə Yeni ilin qarşılanması qədim dövrlərdən qorunub bu günə  çatmış ənənələrlə bağlıdır. Hələ qədim  xalqlarda belə bir deyim - "yeni ili necə qarşılarsan, elə də yola salarsan" deyimi var idi. Bu gün də müxtəlif ölkələrdə uğur qazanmaq, bolluğa, rifaha nail olmaq üçün müxtəlif yollara əl atırlar. ABŞ-da yeni ili təmtaraqla, gözəl və təntənəli qarşılayırlar. Hamı Şaxta babadan - Santa Klausdan hədiyyə gözləyir. 

Avropa ölkəsi olan Fransada Şaxta baba Per Noel — yəni Noel ata adlanır. O, Yeni il gecəsi gəlir və evin balaca sakinlərinin başmağına hədiyyələr qoyur. Böyüklərsə bayram günü daha çox yeyib-içməyi sevirlər. Bu ölkədə bayramın ən maraqlı tərəfi hədiyyələrdir. Amma burada bir qədər diqqətli olmaq lazımdır. Hər hədiyyəni hər adama vermək olmaz. Məsələn, bu bayramda qadının öz ərindən başqa kimdənsə hədiyyə olaraq ətir qəbul etməsi yaxşı hal hesab olunmur.

Yeni ildə İsveçrədə insanlar bir-birinə şam hədiyyə edirlər ki, bu da dostluğun və sevincin rəmzidir. Bayram axşamı isə ailə başçısı — ata zibil atmaq bəhanəsilə evdən çıxır və Yul Tomten (Şaxta baba) obrazında qayıdır və uşaqlara hədiyyələr paylayır.

e015c446a8d940179d59dfefa08ae579-fas-khan-B8cBKZa9blk-unsplash.jpg

İtaliyada yeni ildə uşaqların isə Şaxta babaları yox, Şaxta nənələri var. Onun adı Befan nənədir. Bu ölkədə Yeni ili bərkdən qışqıraraq qarşılamaq adəti var. Ucadan danışmaq italyanlar üçün adi hal olsa da Yeni il gecəsi onlar öz səslərinə tam sərbəstlik verirlər. Beləcə onlar həm də köhnə ilə vidalaşırlar. Əgər Yeni il bayramı ərəfəsində təsadüfən Roma küçələrindən keçsəniz ehtiyatlı olun. Çünki pəncərələrdən atılan köhnə ev əşyalarına hədəf ola bilərsiniz. İtalyanlar hesab edirlər ki, Yeni ilin astanasında bütün pis fikirlərdən və köhnə əşyalardan xilas olmaq lazımdır.

Böyük Britaniyada bayram günü evdə ideal təmizlik və qanun-qayda hökm sürməlidir. Gecə düşərkən ailənin başçısı illərin yerdəyişməsi üçün evin bütün qapılarını geniş açır. Daha sonra qapı bağlanır və evə ilk gələcək qonaq həyəcan və səbirsizliklə gözlənilir. İnanca görə ilin necə keçəcəyi içəri girən adamın görkəmindən çox asılıdır. Qadınlar, sarışınlar və əsmərlər o qədər də arzuolunan deyillər. Ən uğurlu qonaq kürən kişi hesab olunur. Dəhşətli hadisə, çatmaqaş adamın içəri girməsinə qarşı isə o dəqiqə ehtiyat tədbirləri görülür. Ocağa duz atılır, qapıdan xaç asılır. Gələn qonaq özüylə viski, şirin çörək və kömür gətirməlidir. Kömür ocağa atılır ki, Yeni ildə ailə ocağı daha gur yansın. Yeni il axşamı ingilislər ənənəvi ağ pudinq yeyirlər. Lakin onlar bunu çox ehtiyatlı edirlər,  çünki pudinqin içərisində çoxlu yemək üçün yararsız şeylər də olur. Odur ki, pudinq lotereya kimidir, kimə yaxşısı, kimə pisi düşür. 

Yeni ildə İslandiyada kiçiklər öz valideynlərini xeyli təəccübləndirirlər. Bu balaca çoxbilmişlər Şaxta babanın onlara hədiyyə verməməsindən ehtiyatlanaraq ay boyu özlərini yaxşı aparır, dəcəllik etmirlər. Əks halda bayram gecəsi sobanın yanına qoyduqları çəkmələrin içində kartof və ya bir parça kömür tapa bilərlər.

Yunanıstanda Yeni  il axşamı xüsusi mərhəməti ilə seçilir. Uşaqlar öz ayaqqabılarını buxarının yanında qoyurlar və ümid edirlər ki, müqəddəs ruh onların ayaqqabılarını hədiyyələrlə dolduracaq. İ

Almanlar Yeni il gecəsi saat 12-ni vurarkən ovuclarında metal pul sıxaraq tullanırlar. İnanırlar ki, bunu etsələr yeni il daha bərəkətli olacaq. Həmçinin  yeni il süfrəsinə  balıq qoyulur, hesab olunur ki, onların pulcuqları var-dövləti simvolizə edir.

front-yard-Christmas.webp

Yaponlar yeni ili gülməklə qarşılayır.

Yaponiyada Yeni il ən populyar bayramlardan hesab olunur. Yaponiyada Yeni il ərəfəsi "qızıl həyat" adlanır. Bu dövrdə bir çox idarələr, firmalar, hökumət təşkilatları, iri univermaqlar bağlanır.

İspaniyada bayram günü hamı şəhərin mərkəzi meydanına üzüm yeməyə axışır. Bu proses kütləvi şəkildə olur. Hər kəs müəyyən vaxt ərzində 12 salxım üzüm yeməlidir. Bayram axşamı küçələrdə müxtəlif tələlər qurulur. Bu onun üçündür ki, pis qüvvələr köhnə ildə ilişib qalsın.

Avstriyada hələ qədimlərdən Yeni il bayramının xeyirxah obrazları baca təmizləyən və donuzdur.  Yeni il Avstriyada çox şən keçir, insanlar yeni il gecəsini kücələrdə şənlənməklə və karnavallarla keçirirlər.

Yeni il Rusiyada ən çox sevilən bayramdır. Uşaqlar yeni ildən hədiyyələr, böyüklər isə səadət, xoşbəxtlik gözləyir. Bu ənənənin əsası 300 il bundan əvvəl Birinci Pyotrun əmri ilə qoyulub. Əmrdə, həmçinin ağac bəzəmək də öz əksini tapıb.

Yeni il gecəsi süfrəyə mütləq müxtəlif yeməklər, salatlar, içkilər qoyulur. İnanca görə, süfrə nə qədər dolu və gözəl olarsa, qarşıdan gələn il də elə olacaq. Süfrənin ortasına mütləq odda qızardılmış donuz balası qoyulur. Çünki donuz ruslarda bolluq və var-dövlət simvolu kimi tanınır. Süfrəyə quş ətindən heç nə qoyulmur, hesab edilir ki, evdən xoşbəxtlik uça bilər. Xəmirdən müxtəlif heyvan fiqurları bişirilib gələn qonaqlara paylanır. Yeni ili mütləq təzə paltar və ayaqqabıda qarşılayırlar ki, gələn il də həmişə təzə paltar, ayaqqabı almaq imkanı olsun. Yeni il qabağı hamı çalışır ki, bütün borcları qaytarsın, küsülülər barışsın. Evdən sınmış qab-qacağı atır, pəncərə və güzgülər parıldayana qədər silinir. Müxtəlif karnavallar, ballar təşkil olunur, hamı səhərə kimi rəqs edir.

Azərbaycan Respublikasında Dekabrın 31 Dünya Azərbaycanlılarının həmrəylik günü , yanvarın 1 isə Yeni il bayramı kimi qeyd olunur. Yeni il bayramı müstəqil dövlət bayramlarından biridir və hər il təşkilatlar, xüsusi tədbirlər və əyləncə proqramları ilə qeyd olunur. Əhalinin bir hissəsi evdə ailələri ilə bir araya gəlir, bayram masası qurur, bayram ağacı bəzəyir və əyləncəli tədbirlər keçirir. Bu bayram, ümid, sevinc və bir daha möhkəm dövlətin, daha yüksək rifah və xoşbəxtlik üçün ümidin ifadəsi kimi qeyd olunur.

Məqalədə qeyd olunan məhsullar
10.72 AZN 13.40 AZN
Peppa Pig: Peppas Night Before Christmas
ədəd
14.16 AZN 17.70 AZN
The Princess and the Christmas Rescue - Princess Series
ədəd
10.72 AZN 13.40 AZN
Peppa Pig: Peppa Meets Father Christmas
ədəd
16.08 AZN 20.10 AZN
Hercule Poirot S Christmas by Agatha Christie
ədəd
13.44 AZN 16.80 AZN
We're Going on a Bear Hunt: Christmas Activity Book
ədəd
16.96 AZN 21.20 AZN
The Miracle on Ebenezer Street
ədəd
26.32 AZN 32.90 AZN
The Nutcracker
ədəd
86.90 AZN
Hədiyyə səbəti / Подарочная корзина / Gift basket French -Press
ədəd
88.70 AZN
Hədiyyə səbəti / Подарочная корзина / Gift basket Jacobs
ədəd
101.60 AZN
Hədiyyə səbəti / Подарочная корзина / Gift basket Faber
ədəd
77.90 AZN
Hədiyyə səbəti / Подарочная корзина / Gift basket Corona
ədəd
63.50 AZN
Hədiyyə səbəti / Подарочная корзина / Gift basket Buddizm
ədəd
61.20 AZN
Hədiyyə səbəti / Подарочная корзина / Gift basket Boz
ədəd