Sizə təqdim etdiyimiz bu kitabda Şuşa şəhərinin azad edilməsi uğrunda döyüşmüş igidlərimizin qəhrəmanlıqları haqqında onların öz övladlarının, qardaşı və ya bacısı övladlarının söylədikləri hekayə şəklində yazılmışdır. Şuşanın fəth edilməsinə səbəb olan fatehlərin başına gələnlər uşaqların dili ilə anladılmışdır. Hekayələrin mövzusu real hadisələrə əsaslanmaqla Vətən müharibəsi zamanı Şuşanın azad edilməsinə qədər gedilən yolda və şəhərə daxil olduqdan sonra baş verən hadisələr dəqiq məlumatlar toplanmaqla yazılmışdır. Hekayələr rəngli illüstrasiyalarla müşayiət olunur. Hər bir illüstrasiyada həm qəhrəmanlar haqqında xatirələrini bölüşən uşaqlar, həm də haqqında danışılan igid şəhid və qazilərimizin real təsviri verilmişdir. İgidlərimizin istifadə etdiyi hərbi silahlar ,texnikalar, Şuşa şəhərinə aparan tarixi ərazilər, şəhərdəki tarixi məkanlar olduğu kimi təsvir edilmişdir. Kitabda həçminin ayrıca olaraq hərbiçilərimizin təltif edildiyi medallar, döyüşdə istifadə edilən hərbi texnikalar haqqında geniş məlumatlar və onların təsvirləri geniş yer almış, eləcə də, Qarabağ torpaqlarının işğal və azad olunma tarixləri qeyd edilmişdir.
şərhlər0
şərhlər