“6 №-li palata” Çexovun ən vahiməli, sarsıdıcı hekayələrindən biridir. Ağıllı, dərin fəlsəfi düşüncəsi olan bir ziyalının dəlixanaya necə düşməsini əks etdirən dəhşətamiz bir gerçəklikdir. Mürəkkəb xarakterlər, fəlsəfi dialoqlar, ağıllı insanın yalqızlığı bu hekayənin əsas motivləridir. Təqibolunma maniyasından əziyyət çəkən Qromov dəlixanaya düşməyi ilə barışmır, ondan qat-qat aşağı insanların bayırda əl-qolunu sallaya-sallaya gəzməsinə, özününsə palatada çürüməsinə daxilən dözə bilmir. Doktor Yefimiç isə xoşbəxtliyin xaricdə yox, insanın daxilində olduğunu deyir; fərqi yoxdur, insan istər palatada olsun, istər evində, əgər o, dərrakəli insandırsa, deməli, xoşbəxtdir. Yefimiç öz düşüncəsi üzündən get-gedə tənhalaşırdı. Cəmiyyətin kəmağıl, mənfəətpərəst olması onu mənən incidirdi; o yalnız palatada, Qromovla söhbət edərkən rahatlaşırdı. Əslində, Çexov cəmiyyətin iç üzünü açaraq absurd və müdhiş bir reallığı – dəlixanadakıların, əslində, ağıllı, cəmiyyətdəki bir çox intelligent insanın isə küt, hissiyyatsız olduğunu – çatdırır.
ISBN:
9789952525298
Janr:
Klassika
Nəşriyyat:
Parlaq İmzalar
Cild:
Yumşaq
Müəllif:
Anton Çexov
Səhifə sayı:
136
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar
Bununla birlikdə alırlar