Sifarişləri Bakıya, Azərbaycanın bölgələrinə və bütün dünya ölkələrinə çatdırırıq!
Bakı üzrə 30 manatdan yuxarı sifarişlərdə çatdırılma pulsuzdur.
.
Ölümlə nəticələnmiş sirr və müəmmalar… Onlar məşhur analitik-ekspert Dronqonu daim daban-dabana izləyir. Bir dəfə o, aeroportda təsadüfən Nikolay Suteyev adlı biznesmenlə tanış olur. Və cəmisi ikicə aydan sonra xəfiyyəyə müraciət edib, öz mənzilinin qapısı ağzında güllələnmiş bu şəxsin son dərəcə mürəkkəb qətlinin təhqiqatıyla məşğul olmağı ondan xahiş edirlər. Dronqo izləri toplamağa, özgə taleləri, xarakterləri araşdırmağa, davranışın motivlərini öyrənməyə başlayır- o ən gizli, ən məhrəm sirlərin kökünə gedib çıxır – indiyəcən yüz dəfə elədiklərini eləyib, öz vəzifəsini həmişəki kimi vicdanla yerinə yetirir. Ancaq böyük çətinliklər bahasına başa gələn bu son dərəcə mürəkkəb və ağlasığmaz araşdırmanın yekununda əldə etdiyi nəticə, üzə çıxardığı dəhşətli həqiqət Dronqonu əməlli-başlı şoka salır və o, ömründə ilk dəfə ifşa etdiyi qatilə əl uzadır- etiraf etməyə məcbur olur ki, onu heyran qoyan qatilin inanılmaz hərəkəti… əslində, əsl hörmət və mərhəmətə layiqdir!
Çingiz Abdullayevin bütün əsərlərinin Azərbaycan dilinə tərcüməsi və Azərbaycanda yayım haqları Qanun və Əli və Nino nəşriyyatlarına məxsusdur.
şərhlər0
şərhlər