Muni Vitçerin “Altıncı Ayın qızı Nina” kitabı yazıçının fərdi yaradıcılıq uğuru hesab olunur. Əsərin baş qəhrəmanı on yaşlı Ninadır. Rus adını ona babası, rus əsilli məşhur sehrbaz və kimyaçı Mixail Mezinski verib. Ninanın ovcunda babasındakı kimi anadangəlmə xal, qırmızı ulduz var. Bu onun da məşhur kimyaçı olacağına işarədir. Bir gün ulduz qaralmağa başlayaraq, ona qarşıdakı təhlükələrdən xəbər verir. Babasının ölüm xəbərini eşidən Nina sehrli kimya əlifbasının köməkliyi ilə onun qeydlərinin şifrəsini açır. İndi o, bədheybət bir cırtdana çevrilməli, Şər Sehrbazı Qraf Karkonla döyüşə atılmalı, babasının vəsiyyətinə əməl edərək, Altıncı Ay deyilən Ksoraks planetini zalım Karkondan xilas etməlidir.
Kitabdakı personajlar qızımın çox xoşuna gəldi. Ədəbiyyatla maraqlanmağına səbəb oldu.
Həm çap keyfiyyəti, həm də dizayn baxımından çox-çox yaxşıdır.
Qızlarım üçün aldığım kitab onun sevimlisinə çevrildi. Hekayələr maraqlı və tərbiyəvidir.
Kitabdakı hekayələr uşaqlar üçün uyğun və maraqlıdır. Yenidən sifariş verəcəyəm. Sizə də tövsiyə edirəm.
Mən həm pedaqoq, həm də valideyn olaraq uşaqlarımın inkişafı üçün kitab seçimində çox diqqətliyəm. Bu kitabı qızım üçün almışdım, amma əvvəlcə özüm göz gəzdirdim. Məzmunu çox gözəl qurulub, uşaqlara düzgün dəyərlər aşılayır. Bu çox önəmlidir.
Kitabın məzmunu çox zəngindir. Övladım üçün çox faydalı oldu. Üstəlik, oxuduqca yeni şeylər öyrəndi.