Bu siyahı balaca oxucuların xəyal gücünü genişləndirən, onları macəra, dostluq və yeni dünyalarla tanış edən əsərləri əhatə edir. Hər bir kitab oxuma sevgisini artırmaq və uşaqlara unudulmaz bir səyahət bəxş etmək üçün seçilib.
Macəra həvəsi ilə yola çıxan Lemyuel Qulliver gəmi qəzasından sonra cırtdan adamların ölkəsinə düşür. Burada o qonşu dövlətlə müharibə edən Liliputstanlılara kömək edir. Müharibədə məğlub olan tərəf Qulliverə nifrət edir və onu öldürməyi qərara alır. Qulliver bunu duyan kimi oradan uzaqlaşır.
2. Qavroş
Qavroş obrazı Paris küçələrində yaşayan cəsur və azad ruhlu bir uşaqdır. O, barrikadalarda böyüklərlə birlikdə mübarizə apararaq qorxmazlığı və azadlıq sevgisi ilə yadda qalır.
3. Harri Potter
Harry Potter – sehrli məktəb Hoqvartsda oxuyan gənc sehrbaz Harri Potterin macəralarını əhatə edən dünya şöhrətli seriyadır. O, dostları Ron və Hermiona ilə birlikdə qaranlıq qüvvələrə qarşı mübarizə aparır və dostluq, cəsarət və seçimlərin gücünü kəşf edir.
4. Matilda
Valideynlərinin fərsiz hesab elədiyi Matilda əslində, olduqca istedadlı, qeyri-adi balaca qızdır. Getdiyi məktəbin evdən fərqli olacağına ümid edən Matilda burada da məyusluqla qarşılaşır.
5. Persi Cekson - İldırım oğrusu
Rik Riordanın bu gün ən məşhur olan əsəri uşaqlar üçün nəzərdə tutulan Persi Cekson silsiləsindən olan romanlarıdı. 2005-ci ildə onun bu silsilədən olan ilk əsəri – «Persi Cekson və ildırım oğrusu» dərc olunur. Əsərin əsas qəhrəmanı günlərin birində qədim yunan tanrılarından biri olduğunu anlayan, disleksiyadan əziyyət çəkən on iki yaşlı oğlandır. Qəhrəmanın başına gələn fantastik hadisələrin hamısı yunan mifologiyasından məlum olan əsatirlərə uyğunlaşdırılıb.
6. Uzuncorab Pippi «Toyuq» villasında
Astrid Lindqrenin 1944-cü ildə yazdığı "Uzuncorab Peppi" əsəri yazıçının qızına hədiyyəsidir. Uzuncorab Peppi müəllifin üçcildlik uşaq hekayəsinin baş qəhrəmanıdır. Kitabda "Toyuq" villasında valideynlərsiz yaşayan nadinc doqquzyaşlı qızcığazın şən və əyləncəli macəralarından bəhs edilir.
Oliver Tvist kasıb bir evdə doğulmuş kimsəsiz uşaqdır. Daha çox yemək istəmək cəsarəti onun qapının ağzına qoyulmasına gətirib çıxarır.
İndi həyatda təkdir. Yaşamaq üçün başladığı işdə pis rəftar ediləndə oradan qaçır, lakin bu dəfə cibgir Feqinin və dəstəsinin əlinə keçir. Qəddar dünyada dəhşətli Feqinin pəncəsindən xilas olmaq üçün inanılmaz macəralara başlayan Oliveri gözlənilməz gələcək gözləyir.
8. Üzüklərin hökmdarı seriyası
“Üzüklərin hökmdarı” xeyirlə şərin mübarizəsi haqqında gözəl bir nağıl; dostluq, ümid, sədaqət kimi əbədi mövzulardan bəhs edən klassik və ölümsüz bir əsərdir. “Üzüklərin hökmdarı” son yüz ildə ən çox oxunan yüz kitab arasında ilk yerlərdən birini tutur.
Balaca şahzadə — Antuan de Sent-Ekzüperinin ən məşhur əsəri, alleqorik hekayə. İlk dəfə 6 aprel 1943-cü ildə Nyu-Yorkda çap olunub. Kitabda şəkilləri Ekzüperi özü çəkib. Bu illüstrasiyalar kitabın özü qədər məşhurdurlar, müəllifin özü və baş qəhrəmanlar tez-tez şəkillərə müraciət edir və hətta mübahisə edirlər.
"Cəsur qızların kitabı" arzularının ardınca getməkdə israrlı olan, inamlı qızların yol bələdçisidir. Bu qızlar öz arzularının ardınca getdilər. Stereotiplər və təzyiqlər onları qorxutmadı. Seçdikləri sənətə məhəbbətləri onların yol bələdçisinə çevrildi. Ən çətin anlarda da ruhdan düşmədilər. Yollarına çıxan bütün maneələri aşdılar.
Yenilik etmək, hansısa zirvəni fəth etmək istəyirsiniz, amma buna ürək eləmirsiniz? Onda “Cəsur oğlanlar” kitabı sizə faydalı ola bilər. Bu kitab Azərbaycanın siyasi, mədəni, ədəbi, sənət həyatında inqilabi yenilik etmiş görkəmli şəxsiyyətlərdən bəhs edir.
Hekayə, Londondan 'Üç baca' ya, dəmir yolu yaxınlığındakı bir evə köçən bir ailə haqqındadır. Ailənin buraya köçmək səbəbi Xarici İşlər İdarəsində işləyən atanın casusluqda saxta ittiham edilərək həbs olunmasıdır.
Bu dəfə Alisa güzgünün içindən keçib inanılmaz bir yerə – güzgüarxası diyara düşür. Alisanın düşdüyü dünya şahmat lövhəsinə, sakinləri isə ağ və qara rəngli şahmat fiqurlarına bənzəyir. Alisa bir xanadan digərinə səyahət edərkən qeyri-adi sehrli varlıqlarla tanış olur.
Hər şey qolundakı saatına baxa-baxa harasa tələsən qəribə geyimli dovşanla başladı. Dovşanın arxasınca gedən Alisa bir də gözünü açıb gördü ki, qeyri-adi, fantastik bir diyara düşüb. Yeyib-içdiyi hər şey onu ya həddən artıq balaca, ya da div kimi böyük edirdi. Göz yaşlarından yaranmış dənizdə boğulmaqdan güclə qurtulan Alisa gülməli bir çay qonaqlığına gəlib çıxdı, amma onu qarşıda hələ çox macəralar gözləyirdi...
15. Pollianna
Qeyri-adi qız Pollyanna ilə bağlı bu hekayə yüz ildir ki, gənc oxucuların qəlbini həyəcanlandırır! On bir yaşlı sadə, çilli bir qız bu cür sevgiyə necə layiq oldu?
Tomla dostlarının başına maraqlı, qorxulu və əyləncəli hadisələr gəlir. Macəra axtaran uşaqlar kimsəsiz adada tufana düşürlər, geri qayıdanda isə özlərinin dəfn mərasiminə gəlib çıxırlar. Tomla Hekin qəbiristanlıqda təsadüfən şahidi olduqları bir qətl hadisəsi onların sonrakı taleyinə həlledici təsir göstərir. Uşaqlar işin üstünü açmaqla dar ağacına sürüklənən günahsız insanı xilas edirlər. Bu isə sonradan onların təqib olunmasıyla nəticələnir.
17. Momo
Momonun hekayəsi, yeri bəlli olmayan xəyallar ölkəsində və bilinməyən indiki zamanda baş tutmaqdadır. Lakin hekayədə şahzadələrdən, tilsimlərdən, pərilərdən deyil, tamamilə müasir həyatımızın hadisələrindən bəhs edilir. Momonun köməyi ilə insan münasibətlərinin necə cılızlaşdığının, insanların sevgi, dostluq və qardaşlıq dəyərlərinin necə zəiflədiyinin şahidi olacaqsınız.
18. Şerlok Holmsun macəraları (bütün hekayələr)
Şerlok Holms – dünyanın ən populyar detektivi.
Hətta yazarını da kölgədə qoyan, dünyanın hər tərəfində heykəlləri qoyulan bir xarakter. Unikal şəxsiyyəti və macəraları ilə oxucuları 1887-ci ildən bəri ovsunlamağa davam edən bir personaj. Ser Artur Konan Doyl bu əsəri yazarkən, onun 85 dilə çevriləcəyini təxmin etməmişdi. Şerlok Holms – müqəddəs kitablardan və lüğətlərdən sonra dünyada ən çox oxunan kitabdır. “Qorxu vadisi”, “Dördlərin işarəsi”, “Baskervillərin iti”, “Al-qırmızı etüd” və neçə-neçə maraqlı hekayədə Holmsun müşahidə və məntiqin köməyi ilə bir çox cinayətə aydınlıq gətirdiyinin şahidi olacaqsan.
Birlikdə yaşayan bacı-qardaş Metyu və Marilla övladlığa bir oğlan uşağı götürmək istəsələr də yaranmış yanlışlıq ucbatından planları alt-üst olur. Onların "Yaşıl Ev"lərinə oğlan əvəzinə kürən saçlı, hər şeyə inanılmaz maraq göstərən balaca, dəcəl bir qız göndərilir.
20. Nina və lələkli ilanın cadusu
Nina artıq iki Sirri fəth edib. Ancaq uşaqların fikirlərini və Ksoraksı, Altıncı Ayı xilas etmək üçün hələ də döyüşməli olacağını gözəl başa düşür; özü də bu mübarizə təkcə qəddar Qraf Karkon Ka d'Oroya qarşı olmayacaq!
Molli Mun haqqında kitablar bir uşaq qızın hipnoz gücünü kəşf etməsi və bu güclə müxtəlif macəralara atılmasından bəhs edir. O, dostları ilə birlikdə çətin vəziyyətlərdən çıxır, bəzən isə öz gücündən yaxşılıq, bəzən də ədalətsiz məqsədlər üçün istifadə edən insanlarla mübarizə aparır.
obrazı Paris küçələrində yaşayan cəsur və azad ruhlu bir uşaqdır. O, barrikadalarda böyüklərlə birlikdə mübarizə apararaq qorxmazlığı və azadlıq sevgisi ilə yadda qalır.