Yalom bu kitabda bənzərsiz təhkiyə üslubu ilə insan psixologiyasının sirli və dərin qatlarına necə ustalıqla nüfuz etdiyini bir daha sübut edir. O, bir-birindən fərqli 6 hekayədə öz psixoterapiya təcrübəsinə əsaslanaraq, pasiyentlərin nevrotik vəziyyətlərindən çıxıb transformasiya keçirməsinə yardım edir. Bu müalicələri ənənəvi və psixologiya elminin müəyyənləşdirdiyi tibbi “qaydalara” əsaslanan bir metodla deyil, özünün orijinal yanaşması və pasiyentlə qurduğu səmimi münasibət əsasında həyata keçirir. Hətta bəzi anlarda özünü “oda atır”, tənqid etməkdən qorxmur. Oxucu mütaliə prosesində iki təcrübəni bir anda yaşayır: həm qeyri-adi həyat hekayələri oxuyur, həm də özünü psixoterapevtin kabinetində hiss edir. Bu hekayələri oxuyarkən insan ekzistensial həqiqətlərlə üzbəüz qalır, başqa insanların üzləşdiyi varlıq, həyat, ölümlə bağlı dərin suallar onu da düşündürür və öz psixikasını yenidən dəyərləndirir. Yalom bizə həm də müasir dünyada artıq “əl-əl axtarılan” başqasını dinləməyi, insanın düşdüyü ağır situasiyanı duymağı öyrədir..
ISBN:
9789952525526
Janr:
Psixologiya, özünüinkişaf
Nəşriyyat:
Parlaq İmzalar
Cild:
Yumşaq
Müəllif:
İrvin D. Yalom
Səhifə sayı:
392
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 3
Həyatımda nə öyrənmişəmsə, əsasən kitablardan öyrənmişəm. Gənclər, siz də belə edin.
Bizim sifarişimizi tez gətirdilər bir kitab özüm üçün birinidə yoldaşım üçün sifariş eləmişdim. Bu gun gətirdilər. Heç gözləməyə ehtiyac olmadı.
Kitabın tərcüməsi zamanı mənada itkilər baş verib və bu da ümumi məzmunu mənasızlaşdırır və oxumağı çətinləşdirir. Oxumaq istəyənlərə digər dillərdə mütaliəni tövsiyə edərdim
Bənzər məhsullar
Bununla birlikdə alırlar