Nitsşenin “Antixrist” əsəri xristianlığa xəstəlik, nacinsləşmənin əlaməti kimi baxan ilk fəlsəfi işdir. Mülahizələrini güclü dəlil-sübut bazası üzərində qurmuşdu. Antik dövrlərin, qədim yunan və qədim roma alimlərinin, filosof və hüquqşünaslarının möhtəşəm mirası xristian adeptləri tərəfindən məhv edilmiş, inkar olunmuş və unudulmuşdur. Bütün bunları qaytarmaq üçün əsrlər gərək oldu, çox şey isə əbədi itirildi. Nitsşenin xristianlığı dərk etməsində açar sözlər bunlardı: “Xristianlıqda nə əxlaq, nə din gerçəkliyin heç bir nöqtəsinə toxunmur”. Onun nəzərincə din – zəif insanın şəxsi fantaziya və yanlışlıqlar dünyasına sığınıb gizlənmək cəhdidir.
ISBN:
2001270814630
Janr:
Fəlsəfə
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Fridrix Nitsşe
Səhifə sayı:
176
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 2
Kitab o qədər dərindir ki, ilk oxuyandan sonra müəllifin Papalığı və ümumiyyətlə bu dinin təşkilini tənqid etməsindən başqa heç nə başa düşmürsən.
Bu əsərin Azərbaycan dilinə tərcümə olunması çox gözəl bir haldır!Friedrich Nietzsche-nin əsərlərindən yenə də görmək istəyirik ana dilimizdə,xüsusilə də "Belə Buyurdu Zərdüşt" kitabını.Axı Türk dilində varsa,niyə də öz dilində olmasın?Mən Türk dilində oxumuşam,ama öz dilimizdə olsaydı,Azərbaycan oxucusu hadisələri daha yaxşı başa düşərdi,normal olaraq.Təşəkkürlər!
Bənzər məhsullar
Bununla birlikdə alırlar