Fəlsəfə kitabları, düşüncənin ən mürəkkəb və ən əhəmiyyətli məsələlərini tədqiq edən və müstəqil fikirləri öyrənməyə kömək edən əsərlərdir. Bu kitablar vasitəsilə insanlar həyatın mənasını, cəmiyyəti, mədəniyyəti və həqiqəti anlamağa nail olmağa çalışırlar.  Alinino.az saytı sizə, fəlsəfə janrında oxunan 10 maraqlı kitabın siyahısını  təqdim edir:

Sapiens.Bəşəriyyətin Qısa Tarixi -Yuval Noah Harari:

Yuval Harari tarixin gedişatının insan cəmiyyətini necə formalaşdırdığını izah edir. Onun əsəri keçmişdəki hadisələrlə müasir problemlər arasındakı əlaqəyə işıq salır və oxucunu ətraf dünya haqqındakı bütün təsəvvürləri yenidən gözdən keçirməyə məcbur edir.

 

Nitsşe ağlayanda - Irvin D. Yalom:

Yalom psixoterapiyanın yaranması haqqında mükəmməlroman yazmışdır. O, XIX əsrin sonlarında Vyanada baş verən hadisənin mahiyyətini düşünüb tapmış və uydurduğu hekayəyə real qəhrəmanlar gətirmişdir. 

 

 

Hər şeyin qısa tarixi- Bill Brayson :

Elmin əhatə etdiyi hər şey - həm keçmiş, həm bugün... elmin başlanğıcından, dahi alimlərdən, ağlasığmaz kəşflərdən, qlobal təhlükələrdən və çağdaş sivilizasiyanın gələcəyi haqda bizi narahat edən, düşündürən hər şeyin cavabını bizə "Hər şeyin qısa tarixi" kitabı verir.

 

Fəlsəfənin qısa tarixi - Nigel Warburton: 

Yazıçı, azad düşünmək imkanından məhrum olmaq əvəzinə, zəhərlənib ölməyi seçən Sokratdan tutmuş, günümüzdə də qüvvədə olan qeyri-etik fəlsəfi suallar verən Piter Singerə qədər bütün filosoflar haqda maraqlı və qısa hekayələr təqdim edir.

 

 

Antixrist - Fridrix Nitsşe:

Nitsşenin “Antixrist” əsəri xristianlığa xəstəlik, nacinsləşmənin əlaməti kimi baxan ilk fəlsəfi işdir. Mülahizələrini güclü dəlil-sübut bazası üzərində qurmuşdur. 

 

 

Özümlə təkbətək. Düşüncələr - Mark Avreli:

Bu kitab, Mark Avrelinin eramızın II əsrinin 70-ci illərində Dunay ətrafındakı müharibə zamanı yunan dilində qələmə aldığı aforistik fikirlər toplusudur. Əsər antik dövrün axırlarında böyük şöhrətə malik olub, XVI əsrdə isə Avropa filosofları arasında yeni intibahını yaşayıb.

 

 

Dao de Dzin - Lao Tszı:

Eramızdan əvvəl VI əsrdə yaşamış qədim Çin filosofu Lao Tszı nəsnələrin və onların təzahürləri haqqında müasir çinlilərin belə bugünkü gündə dəqiq anlamaqda çətinlik çəkdikləri “Dao de Dzin” traktatını paytaxt Cjouda yaşayan zaman yaradıb. Müəllif bu əsərində qəsdən çoxmənalı sözlərdən istifadə etmişdir. Bu, kriptoqrafiya xarakteri daşıyan əsərdir, yəni şifrəli şərti gizli yazıdır. 

 

 

Fəlsəfənin Problemləri - Bertrand Russell:

Böyük ingilis riyaziyyatçısı, filosofu və ictimai xadimi Bertran Rasselin 1912-ci ildə işıq üzü görmüş “Fəlsəfənin problemləri” əsəri çap olunduğu gündən indiyədək ingilisdilli ölkələrdə fəlsəfə ilə ilkin tanışlıq üçün ən yaxşı kitablardan biri sayılmaqdadır. 

 

Nikomax Etikası - Aristotel:

Kitabda dahi yunan filosofu Aristotelin oxuculara təqdim edilən “Nikomax etikası” əsəri əxlaq məsələlərinə həsr olunmuşdur. Kitab geniş oxucu kütləsi  üçün nəzərdə tutulmuşdur.

 

Müxtəlif predmetlər haqqında düşüncələr - Artur Şopenhauer:

Bu kitabda Şopenhauerin bütün şüurlu həyatı və fəlsəfi yaradıcılığı dövründə – 22 yaşından başlayaraq ömrünün sonunadək – qələmə aldığı müxtəlif düşüncələrindən seçmələr toplanmışdır. 

 

 

Yuxarıda adları sadalanan  kitablar, müstəqil düşünməyə, həyatın mənasını anlamağa və dünya baxışınızı genişlətməyə kömək edəcək fəlsəfi düşüncələr təqdim edir.

Siz bu və ya digər fəlsəfi kitabları Bakının istənilən yerindən və Azərbaycanın bölgələrindən, həmçinin xarici ölkələrdən də Alinino.az saytı vasitəsilə evdən çıxmadan sifariş edərək əldə edə bilərsiniz.