www.alinino.az internet mağazasına xoş gəlmisiniz!
Sifarişləri Bakıya, regionlara və dünya ölkələrinə çatdırırıq!
Sifarişləri Bakıya, Azərbaycanın bölgələrinə və bütün dünya ölkələrinə çatdırırıq!
Bakı üzrə 30 manatdan yuxarı sifarişlərdə çatdırılma pulsuzdur.
.
İndi əlinizdə tutduğunuz kitab klassik yapon poeziyası ilə tanışlıq imkanı verən fərqli bir nəşrdir. Klassik yapon poeziyasının zirvələri sayılan Başo (1644-1694), Buson (1716-1783) və İssanın (1763-1828) ölməz üçlükləri – seçmə haykuları ilə yanaşı, həmin şairlərin özlərinə ustad saydıqları böyük yapon şairi Saygyonun (1118-1190) qələmindən çıxan tankalar – beşliklər də ilk dəfə olaraq oxucularımıza məhz bu toplu ilə təklif edilir. Siz bu topluda böyük şairlərin şeirləri ilə yanaşı, onların həyat və yaradıcılığına işıq salan, ara-sıra yapon poeziyası tarixinə də toxunan məqalələri oxuya biləcəksiz. Unutmayın ki, yapon şeirinin özünəxas bir əsas xüsusiyyəti var: anı göstərmək; anı yaxalamaq. Bu xüsusiyyət – anı yaxalamaq cəhdi və bu cəhdi dəqiq qaydalarla hüdudlanmış qısa şeirdə icra etmək yapon poeziyasını vizuallıq baxımından dünya şeirinin baş tacına çevirib. Səsindən tanıdılar payızı... Siz də tanıyın...
Kateqoriyadan məhsullar
şərhlər0
şərhlər