Əsərin müəllifi Tova Fridman bu əsərdə öz həyat hekayəsini yazıb. O ölüm düşərgəsindən sağ çıxan azsaylı uşaqlardan biridir. Alman faşistləri Tovanın valideynlərini Auşvits ölüm düşərgəsinə yollayanda onun 4 yaşı olur. Atasını başqa düşərgəyə göndərirlər. Anası ilə eyni düşərgədə, ayrı-ayrı baraklarda qalırlar. Tova düşərgədən azad olunanda isə artıq onun 6 yaşı vardı. Sonralar atası axtarıb onları tapır, onlar yenidən bir-birinə qovuşurlar.
İllər sonra T.Fridman övladları və nəvələri ilə birlikdə həbs düşərgəsinə gedir, orada həyatını itirənlərin ruhlarını yad edirlər.
Tova həbs düşərgəsində şahidi olduğu hadisələri, o cümlədən nasistlərin vəhşiliyini bütün dünyaya çatdırmağı öz borcu hesab edir.
Janr:
Roman
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Tova Fridman, Malkolm Brabant
Səhifə sayı:
352
Dil:
Azərbaycan
Метка:
TEZLİKLƏ!
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar