"Atamın ruhu” Azərbaycan türk varlığının təməl daşlarından olan ailədən, ata-anaya tapınmaq səviyyəsində olan ənənəvi bağlılıqdan bəhs edir. Ata həyatdan gedir,
sanki dünya silkələnir, dağ yerindən oynayır və bir çox məsələlərə baxışlar da
dəyişilir.
Əsərdə müəllif atasının son günlərini, psixoloji dəqiqliklə və bütün övladların
gözüylə baxaraq qələmə almışdır.
Ata ruhu əsərdə həm övladları, nəsli toplayan, bağlayan, ənənəvi mənəvi
dəyərlərdən qopmağa qoymayan real bir güc və eyni zamanda insanı insan edən ilahi
enerji, bərki çətin olan ədəbiyyat havasıdır.
Bədən ölür, amma ruh ölmür. Ruhun və Tanrının mövcudluğunun təsdiqinə
şübhə yoxdur. Əsərdə bu həqiqət müşahidə və bədii yolla təsdiqini tapır.
ISBN:
2000045837966
Janr:
Roman
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Sabir Rüstəmxanlı
Səhifə sayı:
88
Dil:
Azərbaycan
Seriya:
Mini Klassika
Метка:
Ekspress
Məhsul haqqında rəylər 2
Bu kitab atanın xatirəsi ilə yaşamağın nə qədər dərin olduğunu anladır. Oxuduqca gözlərim doldu, atamla keçirdiyim anları xatırladım. Çox içdən azılmış kitabdır.
Kitablarında təsvir etdiyi mövzular, insanın həyatına dair mühüm sualları aydınlatır. Sabir Rüstəmxanlının əsərləri, insanı hər bir səhifədə düşündürür.
Bənzər məhsullar
Bununla birlikdə alırlar