“Azğın” psixoloji xəstəlikdən və sevgisizlikdən əziyyət çəkən, uşaqlıq travmaları bütün həyatını alt-üst edən bir dəlinin romanıdır. Əsərdə rabitəsizlik kimi görünən məqamlar, bəzi obrazların və əhvalatların xaotikliyi qüsur deyil, bütün bunlar qəhrəmanın psixoloji du-rumunu anlamaq üçün oxucuya ip ucu ola bilər. Romandakı bütün obrazlar, hadisələr, əhvalatlar qəhrəmanın xəstə təxəyyülünün məhsuludur. Hadisələr müxtəlif zamanlarda baş verdiyi üçün onları anla-maq oxucudan diqqət və hövsələ tələb edir.
Janr:
Roman
Nəşriyyat:
Hədəf nəşriyyatı
Müəllif:
Cəlil Cavanşir
Səhifə sayı:
204
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 2
İnsanın iç dünyasında gizlənmiş duyğular və arzuların ifadə edildiyi bir əsərdir. Şair, insanın içindəki "azğın" tərəfini və bu tərəfin həyatda necə bir rolu ola biləcəyini təhlil edir. Əsər, insanın təbiəti və içgüdüsünün güclü təsirini təsvir edir.
Cəlil Cavanşirin qələmini çox bəyənirəm.
Bənzər məhsullar