Kitabda sıra ilə Təkamül nəzəriyyəsinin tarixi və bu günü, Yer planetində həyatın tarixi, bizi biz edən genetik mirasımız və onu təşkil edən komponentlər, genetik məlumatlarımızın necə dəyişdiyi, çeşidləndiyi və bu çeşidliliyin təkamülə necə təsir etdiyi, bir-birindən fərqli genetik materiala sahib fərdlərin necə seçilərək həyatına davam etdiyi və öz mirasını sonrakı nəsillərə necə ötürdüyü barədə məlumat ala biləcəksiniz. Ən böyük hədəf isə kitabın sonuna çatdığınızda təkamülün necə işlədiyini anlayıb, suallara müstəqil şəkildə cavab verməyiniz üçün lazım olan məlumatları uğurlu şəkildə sizə çatdırmaqdır.
ISBN:
9056091100519
Janr:
Elmi-Kütləvi
Nəşriyyat:
Hədəf nəşriyyatı
Müəllif:
"Yaşıl Elm" platforması
Səhifə sayı:
112
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 1
Şişirtmirəm təkamüllə bağlı oxuduğum ən yaxşı 3 kitabdan biridir. Təkamül fikrinin insanlarda formalaşmasından başlayır, müasir təkamül nəzəriyyəsinə qədər izah edir. Sonda da təkamülün sübutlarını, zəruri olub olmamasını izah edir. Kitab çox axıcıdır və çox anlaşıqlı dillə yazılıb. Giriş səviyyədə oxucuların üçün ən yaxşı seçimdir fikrimcə. Müəlliflərə və Alininoya öz minnətdarlığımı bildirirəm.
Bənzər məhsullar
Bununla birlikdə alırlar