Hər bir valideynin yaratmaq istədiyi ailə mühiti, demək olar ki, eynidir: qarşılıqlı sevgi və hörmətin hökm sürdüyü, sağlam münasibətlərin qurulduğu bir ev atmosferi.
Hal Runkelin “Bağırmayan valideynlər” adlı kitabı məhz bu istiqamətdə – şiddət və qışqırıqdan uzaq duraraq ailədə daxili hüzura nail olmağın yollarından bəhs edir.
Müəllifin əsas ideyası budur: əvvəlcə özünüzü sakit saxlamağı öyrənin. Sakit qalmağı bacardığınız təqdirdə, ailə daxilindəki bir çox problemi daha rahat və sağlam şəkildə həll edə bilərsiniz. Bu yanaşma – yeni bir düşüncə tərzi – əvvəllər sizə ağır və dəhşətli görünən vəziyyətləri daha fərqli və konstruktiv qiymətləndirməyə kömək edəcək.
Bağırmadan, əsəbiləşmədən, təzyiq göstərmədən uşaq böyütmək mümkündür. Sual sadəcə budur: buna hazırsınızmı?
Janr:
Psixologiya
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Hal Runkel
Səhifə sayı:
352
Dil:
Azərbaycan
Метка:
TEZLİKLƏ!
Çəki, g:
400
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar