Ramazan ayı çox bərəkətli bir aydır. Bu ayın xeyri və faydası olduqca çoxdur. O qədər bərəkətli və müqəddəs bir aydır ki, İmam Baqir buyurur: “Ramazan Allahın adlarından biridir; o nə gələr, nə də gedər”. Elə bilməməliyik ki, bu ay sadəcə gəldi və getdi. Bu ay sabitdir, gəlib-gedən bizik. Bu ay çox yüksəklikdədir və hər dəfə biz bu ayın hüzuruna gedirik. Sanki Allah-taala bizi dünyadan qopararaq bir ay ərzində Ramazan ayının hüzuruna aparır və bu mübarək ayın qonağı oluruq, ucalırıq. Qonağı olduğumuz bu ayın oruc tutmaq, müstəhəb namazlar qılmaq, xüsusi zikrlər etmək kimi müxtəlif əməlləri vardır. Ramazan ayının əməllərindən biri də gündəlik duaları oxumaqdır. Müəllif “Bağışlanma ayı” kitabında həmin dualara sadə dildə şərh verərək bu ayda bizi Allaha daha da yaxınlaşdırmağa çalışmışdır.
ISBN:
9789952547306
Janr:
Din
Nəşriyyat:
Parlaq İmzalar
Cild:
Yumşaq
Müəllif:
Hacı Ramil Bədəlov
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 11
Kitab məni çox düşündürdü və ruhən zənginləşdirdi. Dini anlayışlar çox gözəl təsvir olunub.
Dini kitabın təfsiri mənim üçün bir dərman kimi işləyir. Onun mətnləri mənə həyatın ən çətin suallarına cavab axtarmaqda kömək edir.
Bu kitab mənim dini inancımı dərinləşdirdikdən sonra məni daha da gücləndirdi və mövzuları daha dəqiq anlamağa kömək etdi. Mükəmməldir.
Bu kitab mənim həyatımda bir dəyişiklik yaratdı və məni daha müstəqil bir insan etdi. Hər kəsə şiddətlə tövsiyə edirəm, mütləq oxuyun.
Kitabın əsas mesajı insanın ruhunu bərpa etmək və ruhunun inkişafına yönəlikdir. Hər bir sətiri ilham verici idi.
Kitab sifarişim uğurlu oldu💪 Ödəniş və çatdırılma şərtləriniz asan gəldi mənə. İlk dəfə idi onlayn nəsə alırdım. Xoşuma gəldi bu rahatlıq.
Kitabda mənim üçün nəyin əhəmiyyətli olduğunu və nəyin olmadığını aydın şəkildə göstərdi.
Bu kitabı oxumaq mənim üçün ruhun təmizlənməsi demək oldu. Hər səhər bir qapalı kitabı açmaq məni həmişə xoşbəxt edir.
Hacı Ramin dinimizi düzdün şəkildə təbliğ edən din xadimlərindən biridir. Təbiki, onun müəllifi olduğu kitabı mən oxumalı idim.
Hədiyyə almışdım kitabı, çox bəyənildi.
Hacı Ramilin bütün söhbətlərini çox həvəslə dinləyirəm.Bir kitabını oxumuşam,artıq 2ci kitabıdır ki,oxuyuram.Çox qimətli fikirlərlə zəngin bir kitabdır .Oxuduğum zaman Ramazan ayının bütün gözəlliklərini duydum Bu ayın eyni zamanda duanında qüdrətini bir daha dərk etdim
Bənzər məhsullar