Balaca Qara Balığın dünyaya göz açdığı mühit Səməd Behrənginin yaşadığı cəmiyyətin oxşarıdır. Burada cəhalət hökm sürür. Ətrafdakı balıqlar heç nə ilə maraqlanmır, yeknəsək həyat yaşayırlar. Onların düşüncəsinə görə həyat yalnız yeməkdən, yatmaqdan, arxda mənasız vaxt keçirməkdən ibarətdir.
Lakin gəncliyin təmsilçisi olan Balaca Qara Balıq belə həyat tərzi ilə barışmır. O, arxdan çıxmaq, böyük dünyaya qovuşmaq istəyir. Ətrafdakı mühafizəkar balıqlar isə onun bu istəyini əsla anlamır və bir ağızdan deyirlər: – Başqa dünya yoxdur! Dünya elə gördüyün bu dünyadan ibarətdir.
Balaca Qara Balıq nə anasının yalvarışlarına, nə də qonşularının tənələrinə məhəl qoymayaraq, ətalət mühitini tərk etməyə özündə cəsarət tapır. Onun bu hərəkəti digər balaca balıqları da cəsarətləndirir. Onlar Balaca Qara Balığın arxasınca deyirlər: «Sən bizi qəflət yuxusundan oyatdın».
ISBN:
2000053787963
Janr:
Uşaq ədəbiyyatı
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Səməd Behrəngi
Səhifə sayı:
48
Dil:
Azərbaycan
Метка:
Bestseller, Ekspress
Наличие товара:
есть в наличии
Məhsul haqqında rəylər 3
Oğlum bu kitabı oxuduqdan sonra yaradıcı hekayələr yazmağa başladı. Kitab onun yaradıcılığını inkişaf etdirdi. Möhtəşəm bir kitabdır.
Bu kitabı məndə oxudum, həqiqətən də çox maraqlı əsərdir. Hətta uşaqlarda bəyəndilər. Onu da deyim ki, uşaqlarım kitab vasitəsilə müxtəlif mədəniyyətlər və dünya görüşləri ilə tanış oldular.
Oxuduğum ən maraqlı əsərdir. Çox təsirlidir.
Bənzər məhsullar
Bununla birlikdə alırlar