“Şahzadə Eduard adasının Ennisi” Lüsi Mod Montqomerinin bu silsilədən olan üçüncü romanıdır. Uşaqlığı və yeniyetməlik illəri oxucuya yaxşı tanış olan sevimli qəhrəman artıq gənc bir qız və evindən uzaqda təhsil alan tələbədir. Lakin nə qədər böyüsə də, gözəl ürəyinə heç nə ləkə sala bilmir. Üstəlik, indi bu ürəkdə uşaqlıqdan kök salan sevgi cücərir...
XIX əsr Kanadası… On səkkiz yaşlı kənd müəlliməsi Avonleyanın Ennisi universitet tələbəsinə, “Şahzadə Eduard adasının Ennisi”nə çevrilir. Təhsildə həvəsləndirici rəqabətlər, açılan üfüqlər, yeni maraqlar – dünyada heyran olacaq, sevinəcək nə çox şey var! Universitet təcrübəsi insana hər maneəyə qələbə əlaməti kimi baxmağı, yumoru yaşam ziyafətinin ən nəfis ədvası kimi qəbul etməyi öyrədir. Lakin gənc qızın gizli sevgi ilə bağlı arzularını real sınaqlar gözləyir: “tünd gözlü idealı” ilə qarşılaşması Enninin təxəyyülü ilə bəzədiyi ötəri marağını, az qala, sevgi kimi qəbul etməsinə gətirib çıxarır. Yenə də səhv yoldan dönə bilir. Etiraf sözləri səslənir və sevgililər həsrətlə, zəhmətlə, arzularla hələ üç il gözləməli olsalar da, nəhayət, xoşbəxt olurlar.
Kitab həm mənə, həm də 9 yaşlı qızıma çox təsir etdi. Bəzən birlikdə oxuyuruq və müzakirə edirik. Mətnlərin sadə və anlaşılan olması uşaqlar üçün böyük üstünlükdür.
Leyla K.
Əla bir kitabdır! Qızım üçün həm maarifləndirici, həm də əyləncəlidir. Oxuduqca çox şey öyrəndi.
Lamiyyə Vəliyeva
Mən uşaqların bayramında hədiyyə almişdım bu kitabı, qardaşımın uşağına. Artıq oxuyub, biritirib. Deyir ki, maraqlı kitabdır balaca dostlarınada məsləhət görür.
Aytəkin
Məncə ən gözəl hədiyyə elə kitabdır. Həm faydalı, həm də maraqlı. Sizə də öz təşəkkürümü bildirirəm ki, belə peşəkarcasına çalışırsınız.
K. Samirə
Bacım qızına hədiyyə etdim, çox xoşuna gəldi. Kitabı əlindən qoymur. 👍👍👍👍
Şəhana
Uşaq kitabları oxumaq az yaşlıları düzgün istiqamətə yönləndirir. Mən hər ay təzə bir kitab alıram uşaqlarıma. Hər valideyinədə məsləhət görürəm bunu.
İradə Əjdərova
Həm özümə həm də qızım üçün kitablar sifariş etdim və qısa vaxtda çatdırılmanı etdiniz. Hər bir əməkdaşınıza təşəkkür edirəm, hər biri çox diqqətcildir və mehribandır.
Mehdizadə Dilbər.
Mən müəlliməyəm və şagirdlərimə tez-tez bədii əsərlər oxuyuram. Çünki istəyirəm hər biri kitab oxumağı, mütaliə etməyi sevsin. Hər zamanda kitablarımı sizin mağazadan alıram və həmişə də göstərdiyiniz xidmətdən məmnun qalmışam. Bu kitabı da şagirdlərim çox bəyəndi. Sizə də tövsiyə edirəm, əziz yeniyetmələr və valideyinlər.
Ziyafət Abgülov
Lucy Maud Montgomery uşaqların yaşına uyğun kitablar yazır. Bizdə onun başqada kitabları var. Heç bir kitabında, şiddət, qorxu səhnələri görməmişəm mən. Bu kitabınıda qızıma özüm almışam, oxuyur maraqlı olduğunu deyir.
Svetlana Əhmədova
Uşaqlara kiçik yaşlarından kitablar alın, valideyinlər! Onlar nə qədər çox kitab oxusalar bir oqədər də diksiyaları aydın olacaq. Mən özümdə vaxti ilə gənc valideyin idim oğluma tez-tez kitablar alırdım, oxuyurdu. İndi menim oğlum yetişkindir və böyük tribunalarda çıxış edir. Çox səlis, aydın diksiyası var. Bunu ona oxuduğu kitablar qazandırıb. İndi isə nəvələrimə kitablar alıram qoy oxusunlar, onlarında gələcəyi parlaq olsun! Bu kitabıda bəyəndim mən. Nəvəmə almışam, uşaqlar üçün ibrətamiz hekayəsi var.
Ramin
Kitabı qızım oxuyur, çox bəyəndiyini deyir.
Turanə
Kitabı qızıma hədiyyə etdim, çox sevindi. Elə ilk üz qabığını bəyəndi. Artıq oxumağa da başlayıb, maraqlı olduğunu deyir. Ali Nino komandası sizə də təşəkkür edirəm..
Kamal
Bu bədii kitabı qızıma almaq mənim üçün doğru qərar idi. O, artıq bir neçə dəfə oxudu və hər dəfə yeni bir şeylər tapır. Kitabın səfərləri və maraqlı mövzusu onun mədəni dünyasını zənginləşdirir və onun yaradıcı düşünməsini inkişaf etdirir.
İndiqam Qubadov
Oğlum uşaq kitablarını oxumağa başladıqdan sonra ana dilimizdə daha səlis danışır. Kitablar, onun sözlərini düzgün tələfüs etməyinədə kömək edir.
Fəridə
Mənim qızıma maraqlı oldu.
Həbibov Yalçın
Kitab oxumaq həmdə uşaqların sosiyallaşmağına yardım edir.
Gülşən
Özün götür xidmətinizdən istifadə etdim, razı qaldım. Qızımda kitabı çox bəyəndi. Həvəslə oxuyur.
Elza
Onlayn mağazanızdan ilk alış-verişim oldu. Amma bəyəndim sizi! Geniş əhatəli mağazanız var. Hər janırda və hər yaşa uyğun kitablar tapmaq olur. Buda bir alıcı kimi mən işimi asanlaşdırır.
Nigar
Kitabı sifariş verəndə biraz çətinliyim oldu. Sağ olsun müştəri xidmətiniz mənim prablemimi qısa vaxt ərzində yoluna qoydular.
Rahilov Elcan
Çox sag olun Əli və Nino birdə Qanun nəşniyyatı! Uşaqlara nümunə ola biləcək kitabları ana dilimizə tərcümə edirsiniz. Mən öz övladıma tez-tez yeni kitablar alıram sizdən. Qiymətlərdə münasibdir mağazalarınızda.
Hüsniyyə
Keyfiyyətli materiallar, canlı rənglər və əyləncəli hekayələr! Sifariş verdiyim uşaq kitabından çox razı qaldım. Uşağım da onu çox bəyəndi!
Cələl
Gözləyirdik bu kitabı. Bu gün gəlib. İndicə götürmüşəm.
Nilay😍Nurdə
Qızlarıma aldığım növbəti kitab oldu. Həvəslə oxuyurlar. İki qızım var hərəsinə birini almışam. Maraqlı olduğunu deyirlər. Balaca dostlarınada məsləgət görürlərki, onlarda oxusunlar.
Zemfira
Bu gün sifariş vermişdim kitabı. Sağ olsunlar çox gözlətmədilər. Mümkün qədər qısa vaxta gətirdilər.