Kəllə sümüyünün altında sükut və qaranlıq içində gizlənən beyin bizim gerçəkliyimiz və identikliyimiz haqqında nələr danışır? Varlığımızın bu sirli hücrəsinə səyahət etmək istəyirsinizsə, məşhur neyrobioloq Devid İqlmenin (David Eagleman) söhbətinə qoşulun. Gerçəklik nədir? “Sən” kimsən? Qərarları necə verirsən? Sənin beyninə başqaları nə üçün lazımdır? İnsan olmaq anlayışını texnologiya necə dəyişə bilər? Devid İqlmen öz tədqiqatında bizi ekstremal idman dünyası ilə tanış edir, cinayət və ədalət, üz ifadəsi, genosid, beyin cərrahiyyəsi, bağırsaq hissiyyatı, robot texnikası və ölümsüzlük axtarışları haqqında danışır. Kəmərlərinizi bağlayın - bir göz qırpımında insanın daxili kosmik dünyasına səyahətə çıxmaq necədir? Milyardlarla beyin hüceyrəsinin intəhasız dərəcədə sıx dolaşmış kələfi içində və onların saysız-hesabsız keçidlərində, yəqin ki, özünüzü görməyi gözləmirsiz.
Kitab iki suala cavab axtarır: həyat beynimizi necə formalaşdırır, beyin həyatımızı necə formalaşdırır?
ISBN:
2000923379625
Janr:
Psixologiya, özünüinkişaf
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
David Eagleman
Səhifə sayı:
224
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 1
Beynin qərar qəbul etmə prosesi, emosiyaları necə idarə etməsi mənim diqqətimi cəlb etdi. Elmi anlayışlar var bu kitab. Mən bilmədiyim çox şeyi öyrəndim.
Bənzər məhsullar
Bununla birlikdə alırlar