Türkiyə Cümhuriyyəti qurulmasının 100 illiyinə və Sürəyya Ağaoğlunun anadan olmasının 120
illiyinə ithaf olunur.
Türkiyənin ilk qadın vəkili, beynəlxalq qadın hərəkatının görkəmli nümayəndələrindən biri kimi tanınan soydaşımız Sürəyya Ağaoğlunun (Şuşa, 1903 – İstanbul, 1989) xatirələrində müəllifin maraqlı həyat tarixçəsi, mənsub olduğu Ağaoğlu ailəsinin Türkiyə qarşısındakı xidmətləri, habelə qadın azadlığı baxımından qardaş ölkənin XX yüzillikdə keçdiyi böyük inkişaf yolu haqqında söz açılır. Kitabda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk və onun Ağaoğlu ailəsi ilə yaxın münasibətləri barəsindəki epizodlar xüsusi maraq doğurur.
Xatirələr qardaş Türkiyənin 100 ildə keçdiyi inkişaf yolunu əsas hadisələri və şəxsiyyətləri ilə izləmək baxımından da maraq doğurur.