“Birma günləri” ingilis yazıçısı Corc Oruellin yaradıcılığının erkən dövrlərində yazdığı romandır. O, bu əsərilə sanki Kiplinqə qarşı özünəməxsus ədəbi qarşıdurmaya start verib.
Hamısını birmalı aborigenlər üzərində üstünlük hissi birləşdirən, amma iç dünyaları tam fərqli olan ingilis müstəmləkəçilərin həyatı, onların zadəgan tövrləri, özlərini xırda ədavət hisslərinə qurban vermələri əsərdə ustalıqla qələmə alınıb. Britaniyalılar ilk baxışda avropalılaşmış kimi görünən yerli sakinlərin ruhən şərq mentallıqlarını qoruyub saxlamasını heç cür anlaya bilmirlər. Müəllif, günbəgün böyük İmperiyaya inamını itirən bir ingilisin faciəli taleyi fonunda gözəl realist əsər yarada bilmişdir.
ISBN:
9789952364521
Janr:
Klassika
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Corc Oruell
Səhifə sayı:
96
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 1
Corc Oruell üslubuna bələd olmayan və onun üslubu ilə bu tərcümə ilə ilk tanış olanlar yəqin ki, bu kitabı oxuduqdan sonra Oruell-ə nifrət etmişlər. Yazıq Oruell. İndi sümükləri sızlayır gorda. Qanun Nəşriyyyatın ən zay tərcümələrindən biridir bu kitab.
Bənzər məhsullar
Bununla birlikdə alırlar