Uğurlu olmağa ən böyük maneə özümüzdən yox, başqalarından gözlədiyimiz fürsətlərdir
Şirkətlərin və ya hansısa biznesin böyüyüb inkişaf etməsi üçün ən mühüm şöbələrdən biri satış şöbəsidir. Şirkətin digər şöbələrinin də çarxlarının dönməsi üşün bütün ağırlıq və məsuliyyət həmişə satışın üzərinə düşməkdədir. Çünki nə qədər mükəmməl və keyfiyyətli məhsulunuz olsa da, əgər siz onu sata bilmirsinizsə, şirkətin nə tədarük, nə logistika tərəfi, nə də ən əsası dövriyyəsi və gəlirləri böyüyən deyil. Ona görə də şirkət rəhbərləri daim satış şöbəsinə daha çox diqqət göstərməklə bazar tələblərinə uyğun satıcıların və satış komandalarının yetişdirilməsinə önəm verməlidirlər. Şirkətlər ya güclü bir satış komandasına malik olmalıdır, ya da marketinq və reklam xərclərini dəfələrlə artırmağa məcburdur. Amma bütün hallarda güclü satış komandasına malik olmayan şirkətlərin gələcəyi risklidir.
ISBN:
9789952573503
Janr:
Biznes
Nəşriyyat:
Teas Press
Cild:
Yumşaq
Müəllif:
Bilal Hüseynli
Səhifə sayı:
164
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar