Bu kitabın məqsədi, sizə, əvvəlkindən daha çox, daha sürətli və daha asan satış etmək imkanı verəcək ideyalar, üsullar və strategiyalar təqdim etməkdir. Bu kitabda, satış karyeranızdn düşündüyünüzdən daha çox şeylər əldə etməyi öyrənəcəksiniz. Bir neçə həftə və ya bir neçə ay kimi qısa müddətdə satışınızı dəfələrlə artırmağı öyrənəcəksiniz.
Bu kitabda öyrənəcəyiniz strategiya və üsullar da qaçış trenajoru kimidirlər. Məsələ onların işə yarayıb yaramadığında deyil. Onlar hamısı ən uğurlu satıcılar tərəfindən dəfələrlə praktikada tətbiq edilmiş və sınaqdan keçirilmişdir. Onlardan nə qədər çox istifadə etsəniz bir o qədər yaxşı mənimsəyər və bir o qədər yaxşı nəticələr əldə edə bilərsiniz. Kitabda öyrənəcəklərinizi praktikada tətbiq etməklə öz sahənizin ən uğurlu və gəlirli insanları sırasına qatılacaqsınız.
Amerikada öz hesabına varlanmış milyonçuların yetmiş dörd faizi öz biznesini qurmuş və inkişaf etdirmiş insanlardır. Onlr heç kimin ağlına gəlməyən məhsul və ya xidmət düşünürlər və öz bizneslərini qururlar. Və biznesmen üçün ən vacib bacarıq satmaq bacarığıdır. Yerdə qalan bütün işləri başqalarına həvalə etmək olar. Lakin, satış bacarığı şirkətin uğurlu və ya uğursuz olacağını müəyyən edən əsas faktordur. Amerikada öz hesabına milyonçu olmuş insanların beş faizi bütün ömürləri boyu başqa bir şirkət üçün işləmiş satıcılardır. Satıcılar bu gün Amerikada ən çox gəlir əldə edən insanlar arasındadırlar, onlar çox zaman doktorlardan, vəkillərdən, arxitektorlardan və prestijli peşə sahiblərindən çox qazanırlar.
ISBN:
2000923379823
Janr:
Biznes
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Brian Tracy
Səhifə sayı:
208
Dil:
Azərbaycan
Метка:
Bestseller
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar
Bununla birlikdə alırlar