Mark Levinin "Bu, gecə baş verib" romanı qanundan kənar, amma qanun naminə çalışanlardan bəhs edir.
Onlar heç vaxt üz-üzə gəlməsələr də, dostdurlar. Bütün sirləri birdir. Amma hər şeyin başladığı o gecəyə qədər...
Çox bacarıqlı doqquz xaker cəzasız qalmış cinayətlərə qarşı amansız bir döyüşçü dəstəsi yaradır. Onlar dünyanın hər tərəfində hökm sürən qanunsuzluqlarla mübarizə aparırlar. Özlərini hər şeyə qadir hesab edən “amansız” cinayətkarlara hücum edirlər. Hər şeyin yolunda getdiyi bir vaxtda vəziyyət gözlənilməz hal alır. Dostlar nəzarəti itirirlər. Görəsən, bu cəsur qəhrəmanlar cəmiyyəti məhv edən cinayətkarları məğlub edə biləcəklərmi?
ISBN:
9789952383041
Janr:
Roman
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Mark Levi
Səhifə sayı:
416
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 15
İlyasova Mülayim
Ümumilkdə maraqlı məzmunu var. Xüsusilə də, qəhrəmanın gecə baş verən hadisələrdə qorxu və ümid arasında verdiyi qərarlar o qədər real təsvir olunub ki, oxuyarkən sanki hadisələrin içindəsiniz. Yazıçının təsvir etdiyi mühit o qədər dolğundur ki, qaranlıq küçələrdə gəzdiyinizi hiss edirsiniz. Həyatın çətinliklərinə baxmayaraq, insan iradəsinin nəyə qadir olduğunu bu kitab çox gözəl göstərir.
Vəfa Hacızadə
Kitab çox maraqlı idi, oxuduqca dərin düşüncələrə qərq oldum. Çox sevdim.
Səidə Nəzərli
Mark Levinin digər əsərləri kimi, bu əsəri də olduqca maraqlıdır.
Bahar Abbasova
Bu əsər məni dərindən təsirləndirdi. Hekayənin gedişatı və qəhrəmanların hissləri çox real şəkildə çatdırılıb.
Esi
Bu kitab mənim həyatımda oxuduğum ən maraqlı və təsirli əsərlərdən biridir. Hər kəsə tövsiyə edirəm..
Fərqanə
Əsərin hər bir səhifəsi mənim üçün çox dəyərlidir. Müəllifin baxış bucağı və izahları çox maraqlıdır.
Kamil
Mark Levinin əsərlərini sevərək oxuyuram. Hər biri mükəmməldir.
Həsən
Qanun nəşriyyatının çap etdiyi uğurlu və mənimdə maraqla oxuduğum növbəti kitab oldu.
Dürdanə
Levinin kitabları məni həmişə məsləhətlərlə və yüksək keyfiyyətli məzmunla təmin edir. Onun yazdığı kitablar siyasi təhlilləri ilə diqqət çəkir.
Adilə Nadirqızı
Gözümü qırpmadan oxuduğum yeganə kitab oldu.
İnci
Mark Levi əsrarəngiz şəkildə yazır . Sevərək oxudum.
Sevil
Kitab maraqlı romantik hekayəni birləşdirərək oxucuları təsirli bir macəraya dəvət edir. Levi personajlar arasında toxuduğu emosional bağları və gözlənilməz hadisələri məharətlə idarə edərək oxucuları təlaş içində saxlamağı bacarır. Əsər emosional dərinlik və təəccüblü məqamlarla dolu səlis oxu təklif edir. Mark Levinin dilinin axıcılığı və personajlar arasındakı kimyəvi bağlar bu romanı unudulmaz edir.
Nübar
Həqiqətən çox maraqlı əsərdir. Həyəcan dolu, enerjili bir romandır.
Pervanə
Mark Levinin digər əsərləri kimi bu əsəridə möhtəşəmdir.
Əsgər
Aksion dolu bir romandır. Yazar hadisələri elə sadə dildə oxucuya çatdırıb ki, oxuduqca özümü o aləmdə hiss etdim. Çox emossiyanal yazılmış kitabdır. Hər kəs oxusun məncə.