Prof. Vilayət Hacıyev: “Çevrilmə” novellasında bəşər tarixində hələ görünməmiş bir hadisə – insanın, daha doğrusu, ailəsini sevən, onun qayğısına qalan, canla-başla işləyən, heç vaxt valideynlərinin üzünə ağ olmayan gənc Qreqor Zamzanın gözlənilmədən dəhşətli bir həşərata çevrilməsi və bu çevrilmədən sonra başına gələn müsibətlər – hamı tərəfindən unudulması, atılması, ömrünü boş, çirkli otağında necə əzab-əziyyətlə, tək-tənha başa vurması təsvir olunur. Əksər tədqiqatçılar bu novellanı fərdlə, subyektlə xarici aləmin, onun yaşadığı mühitin münasibətlərinin uydurma, keçici olmasına həsr olunmuş uğurlu əsər kimi qiymətləndirirlər. Əgər hər hansı təsadüf nəticəsində bu münasibətlər zəifləyirsə, deməli, insan cəmiyyətdən də, ailədən də kənara atılır, tək qalır, özgələşir. Ən dəhşətlisi də odur ki, insan düşdüyü bu vəziyyəti, onu əhatə edən mühiti dəyişməyə acizdir, gücsüzdür”.
ISBN:
9789952547054
Janr:
Klassika
Nəşriyyat:
Parlaq İmzalar
Cild:
Yumşaq
Müəllif:
Frans Kafka
Səhifə sayı:
116
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 1
Oxuduğum ən yaxşı kitablardan biri idi🤌🏻
Bənzər məhsullar
Bununla birlikdə alırlar