Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət
−20%

Cinayət hüququ. Xüsusi hissə

Artikul: 2001320044635
Daha az alındı 20 bir dəfə
Ölçü vahidi: ədəd
25.60 AZN
32 AZN
Qənaət 6.40 AZN
Onlayna özəl qiymət

Cinayət hüququnun Xüsusi hissəsi ictimai təhlükəli davranışın (cinayətkar davranışın) qadağan olunmuş formalarının əlamətlərini və qadağalar pozulduqda, cəzanı müəyyən edən hüquqi göstərişlərin tərkib hissəsidir (sistemidir). Ümumi xarakterə malik olan və bütövlükdə fəaliyyət göstərən, bəzən isə cinayət-hüquq normalarının bütün məcmusuna aid olan normalardan (məsələn, cinayət hüququnun prinsipləri) fərqli olaraq, Xüsusi hissənin normaları dövlət tərəfindən cinayət hesab olunan əməllərin törədilməsini qadağan edir. cinayet huququ

Mövcud deyil0

Cinayət hüququnun Xüsusi hissəsi ictimai təhlükəli davranışın (cinayətkar davranışın) qadağan olunmuş formalarının əlamətlərini və qadağalar pozulduqda, cəzanı müəyyən edən hüquqi göstərişlərin tərkib hissəsidir (sistemidir). Ümumi xarakterə malik olan və bütövlükdə fəaliyyət göstərən, bəzən isə cinayət-hüquq normalarının bütün məcmusuna aid olan normalardan (məsələn, cinayət hüququnun prinsipləri) fərqli olaraq, Xüsusi hissənin normaları dövlət tərəfindən cinayət hesab olunan əməllərin törədilməsini qadağan edir. Beləliklə, Xüsusi hissəyə, cinayət hesab edilən əməllərin sosial-hüquqi əlamətlərini və onların törədilməsinə görə cəzaların konkret növünü və həcmini müəyyən edən cinayət-hüquq normalarının məcmusu, cinayət hüququnun hissəsi kimi baxmaq olar. Cinayət hüququnun Ümumi və Xüsusi hissələrinin vəhdəti və qarşılıqlı əlaqəsi şəxsiyyətin, cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunması, habelə Cinayət Məcəlləsinin profilaktik funksiyasının təmin edilməsi vəzifələrini reallaşdırmağa imkan verir.
Ümumi hissə normalarının bütövlükdə cinayət hüququna aid müddəaların müəyyən edilməsinə və izah olunmasına yönləndiyi halda Xüsusi hissənin normaları qadağarı müəyyən edərək, onların reallaşmasını tələb edir. Yalnız cinayət hüququnun hər iki hissəsinin normalarının məcmusu, onların qarşılıqlı bağlılığının və bütün hüquqi aspektlərinin uyğunluğu düzgün tövsifi mümkün edir.
Azərbaycan Respublikası cinayət qanunvericiliyinin islahatı prosesində Cinayət Məcəlləsinin Ümumi hissəsi ilə yanaşı, Xüsusi hissəsi də əhəmiyyətli dəyişikliklərə məruz qalmışdır. Xüsusi hissə normalarının dəyişiklikləri sosial əhəmiyyət kəsb edən siyasi, iqtisadi, ideoloji, mənəvi-əxlaqi və s. dəyər, maraq və sərvətlərin son illərdəki transformasiyası ilə bağlı olmuşdur. İslahatlar ilk növbədə bir sıra əməllərin kriminallaşdırılmasına və dekriminallaşdırılmasına toxunmuşdur. Cinayət hüququnun Xüsusi hissəsi dəyərlərə yeni yanaşmaları əks etdirir. Xüsusilə də, cinayət-hüquqi mühafizənin prioritetləri aşağıdakı qaydada müəyyən edilmişdir: sülhün, insanlığın, şəxsiyyətin, cəmiyyətin, dövlətin təhlükəsizliyi.
Cinayət hüququnun Xüsusi hissəsinin əhəmiyyəti son dərəcədə böyükdür. Bu, cinayət hüququnun Xüsusi hissəsinin normalarının aşağıdakıları yerinə yetirməsi ilə şərtləşir: ən mühüm sosial əhəmiyyətli dəyər, maraq və sərvətlərin mühafizəsini təmin etmək; qanunçuluq prinsipini əyani surətdə həyata keçirmək; dövlətin cinayət-hüquq siyasətinin reallaşmasını təmin etmək; konkret cinayət növlərinin təsvirini əks etmək (bu, ictimai təhlükəli əməlləri tövsif etməyə imkan yaradır; ictimai təhlükəlilik xarakteri və dərəcəsindən asılı olaraq, cinayət tərkiblərinin təsnifatını təmin etmək.
Beləliklə, cinayət hüququnun Xüsusi hissəsinin əhəmiyyəti ondan ibarətdir ki, şəxs tərəfindən cinayət qaydasında cəzalanmalı olan əməlin törədilib-törədilməməsi və onun məhz hansı cinayət tərkibinin əlamətlərinə malik olması yalnız sözügedən hissənin normaları ilə müəyyən edilir.
Cinayət hüququnun Xüsusi hissəsinin sistemi müəyyən olunmuş şəkildə qruplaşdırılmış normalardan ibarətdir. Bu normaların əsasında cinayətlərin cinsi və növ obyektlərinin əlamətləri durur. Təqdim olunan dərslikdə cinayət hüququnun Xüsusi hissəsinin sisteminin şərhinin əsasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin sistemi təşkil edir. Cinayət Məcəlləsinin Xüsusi hissəsinin sisteminin qurulmasının əsas vəzifəsi isə təqsirkarın əməlinin düzgün tövsif edilməsində hüquqmühafizə orqanlarının imkanlarını maksimum dərəcədə yüngülləşdirməkdən, səhvlərin qarşısını almaqdan ibarətdir.

ISBN:
2001320044635
Janr:
Hüquq
Cild:
Bərk
Müəllif:
İsfəndiyar Ağayev
Səhifə sayı:
488
Dil:
Azərbaycan
Метка:
PULSUZ ÇATDIRILMA, Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar
9.59 AZN 11.99 AZN
İncillə yaşanan ömür
ədəd
7.99 AZN 9.99 AZN
Səyyah Marko Polo
ədəd
9.59 AZN 11.99 AZN
Xatirələrim
ədəd
8 AZN 10 AZN
Cəmiyyət. Şəxsiyyət. Təhsil. Din
ədəd
11.19 AZN 13.99 AZN
Qədim Tiflisin əbədi boheması
ədəd
10.39 AZN 12.99 AZN
Elmin qısa tarixi
ədəd
11.99 AZN 14.99 AZN
Güney Azərbaycan
ədəd
14.39 AZN 17.99 AZN
Açıq cəmiyyət və onun düşmənləri ( I cild )
ədəd
11.19 AZN 13.99 AZN
Dirilən adamın düşüncələri
ədəd
5.59 AZN 6.99 AZN
İran yazıları
ədəd
11.99 AZN 14.99 AZN
Azərbaycan mətbuatı: gizli nəşrlər
ədəd
4.79 AZN 5.99 AZN
Üç mədəniyyət
ədəd
36.79 AZN 45.99 AZN
Osmanlı İmperiyasının tarixi
ədəd
10.39 AZN 12.99 AZN
Osmanlı sultanları. Söyüddən Vyanaya
ədəd
11.19 AZN 13.99 AZN
Eşitdiklərim, oxuduqlarım, gördüklərim (yeni cild)
ədəd
2.80 AZN 3.50 AZN
Gürcüstan Respublikasının Konstitusiyası
ədəd
2.40 AZN 3 AZN
Fransa Respublikasının Konstitusiyası
ədəd
4 AZN 5 AZN
Polşa Respublikasının Konstitusiyası
ədəd
2.80 AZN 3.50 AZN
İtaliya Respublikasının Konstitusiyası
ədəd
2.40 AZN 3 AZN
Amerika Birləşmiş Ştatlarının Konstitusiyası
ədəd
Bununla birlikdə alırlar
4.32 AZN 5.40 AZN
Poetika
ədəd
6.39 AZN 7.99 AZN
Qırmızı terror
ədəd
6.72 AZN 8.40 AZN
Həyata HƏ demək
ədəd
5.59 AZN 6.99 AZN
İmperiyadan sonra
ədəd