Dünya ədəbiyyatının şah əsərlərindən sayılan Fyodor Mixayloviç Dostoyevskinin “Cinayət və cəza” romanı oxucuya heç zaman unutmayacağı həyəcanlı anlar yaşadır. Bu əsəri oxuyan oxucu passiv mütaliədən canlı şahidə çevrildiyini anlayır. İnsan, həyatı məntiq qanunları ilə anlayıb, mənəvi qanunlarla isə mühakimə etmək istəyir. Bu ziddiyyət insan ilə dünya arasında uçurum yaradır. Həmin uçurum isə başdan-başa suallarla doludur: Günahkar insanın cəzası nə zamandan başlayır? onun günah törətdiyi gündənmi, yoxsa günahını dərk etdiyi andan? Günahkarın cəzasını kim kəsir? məhkəmə, qisasını alan insan, yoxsa əsl cəzanı insan özü özünə verir? Cəza müddəti nə zaman tamamlanır? Günahına bəraət qazandırdığın vaxtdan, həbs müddətini başa vurduqda, yoxsa haqsızlıq etdiyin insan tərəfindən tamamilə bağışlandığın dəqiqədən?
Məhsulun kodu:9789952547177
Janr:
Klassika
Nəşriyyat:
Parlaq İmzalar
Cild:
Yumşaq
Müəllif:
Fyodor Dostoyevski
Səhifə sayı:
672
Dil:
Azərbaycan
Метка:
Ekspress
şərhlər1
İnsan psixologiyasının, onu keçirdiyi hisslərin dərindən təsviri 🤤
şərhlər1