Dünya ədəbiyyatının şah əsərlərindən sayılan Fyodor Mixayloviç Dostoyevskinin “Cinayət və cəza” romanı oxucuya heç zaman unutmayacağı həyəcanlı anlar yaşadır. Bu əsəri oxuyan oxucu passiv mütaliədən canlı şahidə çevrildiyini anlayır. İnsan, həyatı məntiq qanunları ilə anlayıb, mənəvi qanunlarla isə mühakimə etmək istəyir. Bu ziddiyyət insan ilə dünya arasında uçurum yaradır. Həmin uçurum isə başdan-başa suallarla doludur: Günahkar insanın cəzası nə zamandan başlayır? onun günah törətdiyi gündənmi, yoxsa günahını dərk etdiyi andan? Günahkarın cəzasını kim kəsir? məhkəmə, qisasını alan insan, yoxsa əsl cəzanı insan özü özünə verir? Cəza müddəti nə zaman tamamlanır? Günahına bəraət qazandırdığın vaxtdan, həbs müddətini başa vurduqda, yoxsa haqsızlıq etdiyin insan tərəfindən tamamilə bağışlandığın dəqiqədən?
ISBN:
9789952849486
Janr:
Klassika
Nəşriyyat:
Parlaq İmzalar
Cild:
Yumşaq
Səhifə sayı:
672
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 2
Cinayət və Cəza əsəri məni düşünməyə məcbur etdi. İnsan psixologiyasını bu qədər dərinliklə əks etdirən başqa bir əsər tanımıram. Həqiqətən də, möhtəşəm bir əsər imiş.
Dostoyevskinin "Cinayət və Cəza" əsəri insanın daxili mübarizəsini əla təsvir edir. Hər kəsin oxumasını tövsiyə edirəm.
Bənzər məhsullar
Bununla birlikdə alırlar