«Gün var əsrə bərabər» romanı 1980-ci ildə o dövrlərin ən radikal jurnalı sayılan «Novıy mir» jurnalında işıq üzü görüb. Dərc olunan gündən öz qeyri-adiliyi ilə bütün Sovet respublikalarına ildırım sürəti ilə yayıldı və cəmiyyətdə böyük diskussiyalara səbəb oldu. Yazıçı əsərinə dəmir yolu ilə qaçan bir tülkünün təsviri ilə başlayır... Sonradan məlum olur ki, bu təsadüfi deyilmiş... Yeri düşmüşkən, əsərin qüdrəti də elə ondadır ki, əsərdə söhbəti gedən bütün şeylərin öz mahiyyəti, anlamı var, hər bir xırda detallar belə sonradan məna kəsb edir... Əsəri ölməz edən daha bir detal da ondan ibarətdir ki, məhz bu mükəmməl əsər dünyaya manqurt sözünü gətirdi, o günlərdən bəri bu söz ən populyar söz kimi insanların beyninə həkk oldu... «Əlvida, Gülsarı!» povesti ədibin ekranlaşdırılmış ən maraqlı əsərlərindən biridir. Gülsarı həyatı çətinliklərlə keçən bir kəndlinin atıdır... Əsərin motiv və süjetində «Qaragül» və «Qocacan» adlı qırğız eposlarından əlamətlər vardır ki, bu da Aytmatovun öz yaradıcılığında təkcə realizm deyil, həm də epik üsullardan məharətlə istifadə etdiyini göstərir...
ISBN:
2000102474639
Janr:
Roman
Nəşriyyat:
Bakı Kitab Klubu
Cild:
Yumşaq
Müəllif:
Çingiz Aytmatov
Səhifə sayı:
504
Dil:
Azərbaycan
Метка:
Ekspress
Çəki, g:
750
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar
Bununla birlikdə alırlar