Of-Fred əvvəllər Birləşmiş Ştatlar adlandırılan Gilead Respublikasında, dini-totalitar dövlətdə xidmətçidir. O, Komandor Fred Uoterfordun evinə göndərilib; onun adı Of-Freddir, yəni “Fredə məxsus”. Of-Fredin yalnız bir vəzifəsi var: doğub-törəmək. Əgər o, viranə qalmış, kimsəsizləşmiş dünyanı yenidən məskunlaşdırmaq üçün seksual köləliyə girməkdən imtina edərsə, asılacaq. Amma, hətta repressiv bir dövlət də ümid və arzunu yox edə bilməz. İnqilabdan əvvəlki həyatını ara-sıra xatırlayan Of-Fred günümüzün qorxunc işgəncə və təqiblər dünyasında, həmçinin gələcəyinin asılı olduğu iki kişi arasında vurnuxmağa məcburdur.
Məharətlə düşünülmüş və təsvir edilmiş, gələcəyə dair bu maraqlı mənzərə Marqaret Etvudu distopik fantastikanın ön cərgələrinə çıxarır.
Damazlıq qızın əhvalatı (bərk üzlü)