Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət
−15%

Züleyxa gözlərini açır

Nəşriyyat: Qanun Nəşriyyatı
Müəllif: Güzəl Yaxina
Artikul: 9789952367089
Ölçü vahidi: ədəd
10.12 AZN
11.90 AZN
Qənaət 1.78 AZN
Onlayna özəl qiymət
Mövcuddur

Hər şey 1930-cu ilin qışında, gözdən-qulaqdan uzaq bir tatar kəndində başlayır.
Züleyxa on beş yaşından bəri olduqca zalım və kor qayınanası, özündən xeyli yaşlı əriylə birlikdə yaşayır. Gözlənilmədən həyat məhvərindən çıxır, inqilab baş verir, ucqar bölgələri belə nəzarətə götürən sovet əsgərləri Züleyxanın ərini öldürürlər, qayınanası ölümcül təkliyə məhkum olur. Züleyxanı isə müxtəlif zümrədən, dindən olan insanlarla birlikdə Uzaq Sibirə sürgün edirlər.
Bəs Züleyxanın həyatında nə dəyişir? Taleyi Züleyxa üçün hansı gözlənilməzlikləri hazırlayıb?
Güzəl Yaxina öz romanında bir qadının faciəsindəki və ruhunun oyanışındakı bütün xırdalıqları zərif xətlərlə qabardaraq ustalıqla təqdim edir. Qadın Tanrıya qarşı, qadın təbiətə, sevgiyə, ehtiyaca və arzulara, nəhəng iblis kimi dünyanın az qala bir üzünü örtən yeni zülmün hökmünə qarşıdır, silahını hara tuşlayacaqsa, dəqiq nişan alacaq və öz ovunu ürəyindən vuracaq. Qadın bütün duruşu və əzəmətiylə həyat uğrunda mübarizə apardığı hər şey üzərində qalibiyyət əldə edəcək. Görəsən bu gecikmiş qələbə nəyəsə yarayacaqmı?..

ISBN:
9789952367089
Janr:
Müasir nəsr
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Güzəl Yaxina
Səhifə sayı:
424
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 11
FQ
Fuad Qurbanlı

Kitabın mövzusu çox maraqlı və dərindir. Hər kəsin oxuyub dərs çıxara biləcəyi bir əsərdir.

Səma

Kitab mənim üçün əsl kəşf oldu. Əsərin sonluğu tamamilə gözlənilməz idi.

RQ
Ramilə Qurbanlı

Kitabın keyfiyyəti yüksəkdir, səhifələr və üz qabığı çox yaxşıdır. Çox razı qaldım.

Dürdanə
Həqiqətən, çox çox təsirli bir əsərdir.
BA
Banu
Kitabı məndə oxumuşam. Həqiqətən mükəmməldir.
5 / 5
5 ulduz 10 4 ulduz 0 3 ulduz 0 2 ulduz 0 1 ulduz 0 Qiymətləndirmə olmadan 1
Bənzər məhsullar
9.34 AZN 10.99 AZN
Və dağlardan səda gəldi
ədəd