Eramızdan əvvəl VI əsrdə yaşamış qədim Çin filosofu Lao Tszı nəsnələrin və onların təzahürləri haqqında müasir çinlilərin belə bugünkü gündə dəqiq anlamaqda çətinlik çəkdikləri “Dao de Dzin” traktatını paytaxt Cjouda yaşayan zaman yaradıb. Müəllif bu əsərində qəsdən çoxmənalı sözlərdən istifadə etmişdir. Bu, kriptoqrafiya xarakteri daşıyan əsərdir, yəni şifrəli şərti gizli yazıdır. Qədim Çin kanonunun linqvistik və mədəni özəlliklərini də nəzərə alsaq, müxtəlif şərhlərin meydana çıxması tamamilə təbiidir.
Kainatın inkişafı dəqiq şəkildə müəyyən edilməsi mümkün olmayan müəyyən nümunələr və prinsiplərə uyğun şəkildə baş verir və müəllif öz traktatında bu inkişafa özünəməxsus bir tərzdə yanaşır. Bu səbəbdən də, Lao Tszının fəlsəfəsi xüsusi dialektiylə seçilir.