Eramızdan əvvəl VI əsrdə yaşamış qədim Çin filosofu Lao Tszı nəsnələrin və onların təzahürləri haqqında müasir çinlilərin belə bugünkü gündə dəqiq anlamaqda çətinlik çəkdikləri “Dao de Dzin” traktatını paytaxt Cjouda yaşayan zaman yaradıb. Müəllif bu əsərində qəsdən çoxmənalı sözlərdən istifadə etmişdir. Bu, kriptoqrafiya xarakteri daşıyan əsərdir, yəni şifrəli şərti gizli yazıdır. Qədim Çin kanonunun linqvistik və mədəni özəlliklərini də nəzərə alsaq, müxtəlif şərhlərin meydana çıxması tamamilə təbiidir.
Kainatın inkişafı dəqiq şəkildə müəyyən edilməsi mümkün olmayan müəyyən nümunələr və prinsiplərə uyğun şəkildə baş verir və müəllif öz traktatında bu inkişafa özünəməxsus bir tərzdə yanaşır. Bu səbəbdən də, Lao Tszının fəlsəfəsi xüsusi dialektiylə seçilir.
ISBN:
2001283574637
Janr:
Fəlsəfə
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Lao Tszı
Səhifə sayı:
240
Dil:
Azərbaycan
Метка:
Bestseller, Ekspress
Məhsul haqqında rəylər 2
"Dao de Dzi"ni oxumaq insana sakitlik və harmoniya hissi verir. Bu kitab həyatın dərin fəlsəfəsi, sadəliyi və təbiətlə bir olmaq ideyasını aşılayır. Daoist fəlsəfənin bu qədim mənbəsi mənə daxili rahatlığı və özlüyü tapmağın yollarını göstərdi. Super kitabdır, hələdə oxumamısınızsa gecikmədən oxuyun.
Bir dəfə də fəlsəfi bir şey oxuyum dedim və bu kitabı seçdim. Əvvəlcə çox mürəkkəb görünürdü, amma sonra hər cümlədə özümü düşündürən bir şey tapdım. Dao fəlsəfəsi çox dərin və mənalıdır. Düşünürəm ki, bu kitabı bir dəfə oxuyub qurtarmaq mümkün deyil, hər dəfə yenidən oxumaq istəyirsən.
Bənzər məhsullar
Bununla birlikdə alırlar